Ağ ciyər emfizeması

Ağ ciyər emfizemasıağ ciyər toxumasının elastikliyinin azalması nəticəsində havalılığının artması, ventilyasiyası və qan dövranının pozulması ilə xarakterizə olunan xəstəlik. Ağ ciyər emfizeması ağ ciyərlərin kəskin və xroniki xəstəlikləri -bronxitlər, bronxial astma, xroniki pnevmoniya, ağ ciyərin peşə xəstəlikləri və s. nəticəsində baş verə bilər. Xəstəliyin inkişafında alveoldaxili təzyiqi yüksəldən amillər, ağ ciyər toxuması elastikliyinin yaşla əlaqədar dəyişmələri də böyük rol oynayır.

Əlamətləri:[redaktə | mənbəni redaktə et]

Ekspirator tipli təngnəfəslik (xəstə nəfəsi güclə “verır”), öskürək, sifətin şişkinləşməsi və s.

Müalicəsi:[redaktə | mənbəni redaktə et]

Tənəffüs çatışmazlığının aradan qaldırılması, Ağ ciyər emfizemasına səbəb olan əsas xəstəliyin müalicəsi, bədən tərbiyəsi, iqlim terapiyası. Profilaktikası: bronxit və ağ ciyər iltihabını törədən səbəbləri aradan qaldırmaq, idmanla məşğul olmaq, tütün məmulatlarından və spirtli içkilərdən imtina etmək.

Mənbə:[redaktə | mənbəni redaktə et]

Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 145. ISBN 978-9952-441-02-4.