Cəfərov Ağaşirin Ağaməmməd oğlu (10 iyul 1906, Ballıcalı, Cavad qəzası – 3 may 1984, Neftçala) — Sovet İttifaqı Qəhrəmanı.[1]
Cəfərov Ağaşirin | |
---|---|
Cəfərov Ağaşirin Ağaməmməd oğlu | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 10 iyul 1906 |
Doğum yeri | |
Vəfat tarixi | 3 may 1984 (78 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Milliyyəti | azərbaycanlı |
Atası | Cəfərov Ağaməmməd |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Sovet Sosialist Respublikaları İttifaqı |
Qoşun növü | piyada |
Rütbəsi | kiçik çavuş |
Döyüşlər |
|
Təltifləri |
|
25 fevral 1906-cı ildə indiki Neftçala rayonunun Ballıcalı kəndində anadan olmuşdur.
1928-1930-cu illərdə Sovet Ordusu sıralarında xidmət etmişdir. Böyük Vətən Müharibəsinin ilk günlərindən qələbə gününə kimi Qafqazdan başlayaraq Berlinədək döyüş yolu keçmiş, özünü bacarıqlı və igid komandir kimi tanıtmışdır. Döyüşlərdə üç dəfə yaralanmışdır.
Pulemyotçu kiçik serjant Ağaşirin Cəfərov 1942-ci ilin noyabrında Cənub cəbhəsində 51-ci ordu tərkibindəki 416-ci Azərbaycan Milli diviziyasında döyüşə başlamışdır. 1943-cü ilin oktyabrında Melitopol şəhəri yaxınlığındakı döyüşlərdə sərrast atəş ilə şəxsi igidlik göstərərək, düşmənin atəş nəqtələrini və 300-dən artıq canlı qüvvəsini məhv etmiş, döyüş üçün mühüm yüksəkliyin zəbt edilməsini təmin etmişdir. Taqanroq şəhəri uğrunda gedən vuruşlarda xüsusi igidliyinə görə 1943-cü ilin 1 noyabrında Sovet İttifaqı Qəhrəmanı kimi yüksək ada layiq görülmüşdür.
O, 416-cı diviziyada bu adı alan birinci qəhrəmandır.
Starşina Ağaşirin Cəfərov müharibə qurtardıqdan sonra öz kəndində kolxoz və kənd soveti sədri olmuş, sonra isə Bakıda Neft-qazma idarəsində işləmişdir.
3 may 1984-cü ildə vəfat etmişdir. Məzarı Neftçala şəhərindəki İsmilli aramgahındadır.
Neftçala rayonu Astanlı kənd tam orta məktəbi Ağaşirin Cəfərovun adını daşıyır. Neftçala şəhər parkında büstü və şəhərdə adına küçə vardır[2].