Ağabaş-İrəvan əyalətinin Sisyan nahiyəsində kənd adı.[1]
Tarixi İrəvan əyaləti, Sisyan nahiyəsi əraziləri | |
Ağabaş | |
---|---|
Ümumi məlumatlar | |
Əsası qoyulub | 1590 |
Ağabaş — 1590-cı ildə İrəvan əyalətinin Sisyan nahiyəsində kənd adı. Ehtimal ki, Ağa şəxs (yaxud seyid) adından və farsca bəş — əkin yeri sözündəndir. Ermənistanda ağ və ağa sözləri ilə başlayan çoxlu yaşayış məntəqə adları ilə əlaqədar bir məsələni nəzərdə tutmaq lazımdır. Tədqiqat göstərir ki, toponimlərdə ağa formasını kəsb etmiş söz bəzi hallarda əslində əxi (ərəbcə qardaş) sözündən ibarətdir. Orta əsrlərdə Şərqi Anadoluda, Ermənistanda və Azərbaycanda çoxlu əxi dini cəmiyyətləri və zaviyələri vardı. Əxilər şeyxlər idilər. Onların cəmiyyətləri feodal zülmünə qarşı çıxır və sənətkarların mənafelərini müdafiə edirdilər. XV əsrdə Anadoluda əxi (dərviş) cəmiyyətləri geniş yayılmışdı. Şeyxlər vasitəsilə əxilər Yaxın Şərqin dərviş və sufi ordenləri ilə əlaqə saxlayırdılar. Türkiyə və Azərbaycan hökmdarları əxilərə torpaq sahələri, kiçik məntəqələr bağışlayırdılar. Faruk Sumer bu münasibətlə yazır ki, əxilər siyasi baxımdan bir zümrə idilər[2].[3] Ermənistanda çoxlu ağa (əsli əxi), dərviş və şeyx sözləri ilə başlayan kənd adları da bununla bağlıdır, lakin əxi" sözü danışıqda təhrif olunaraq bəzi hallarda ağa şəklinə düşdüyünə görə bütün hallarda onu rəng bildirən ağ və şəxs adını bildirən Ağa sözlərindən ayırmaq çətindir. Ona görə də Ağabaş kənd adı Əxibəş (əxiyə məxsus əkin yeri) mənasında da ola bilər. Bax: Ağbaş.[4]