Ağalar İsrəfil oğlu Vəliyev (23 iyul 1957, Yevlax) — Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış[1] deputatı.
Ağalar Vəliyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum adı | Ağalar İsrəfil oğlu Vəliyev |
Doğum tarixi | 23 iyul 1957 (67 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
|
|
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
Ağalar Vəliyev 1957-ci il iyulun 23-də Yevlax şəhərində anadan olmuşdur. 1976-cı ildə Mingəçevir Politexnik Texnikumunu, 1989-cu ildə isə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirmişdir. İxtisasca inşaat mühəndisidir.
Əmək fəaliyyətinə 1976-cı ildə Avtomobil Yollarının Tikintisi və İstismarı Nazirliyinin Yevlax dəmir beton məmulatları zavodunda fəhləlikdən başlamışdır. Həmin zavodda laboratoriya mühəndisi, şöbə rəisi, baş mühəndis və direktor, 1986-cı ildən Avtomobil Yollarının Tikintisi və İstismarı Nazirliyinin Dəmir Beton zavodunun direktoru, 1991-ci ildən Körpü tikinti kombinatının baş direktoru, 1993-cü ildən isə 2 saylı "Yoltəmirtikinti" trestinin rəisi, 1996–1998-ci illərdə isə "Azəraqrartikinti" Dövlət Şirkətinin prezidenti vəzifələrində çalışmışdır.
"Azəraqrartikinti" Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədridir.
Yeni Azərbaycan Partiyasının üzvüdür. 2010-cu ildə "Əməkdar mühəndisi" fəxri adına layiq görülmüş, 2012-ci ildə isə "Şöhrət" ordeni ilə, 2017-ci ildə isə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.
2024-cü il oktyabrın 8-də Azərbaycan — Sloveniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.[2]
Ailəlidir, bir oğlu var.