Ağaoğlular — Azərbaycan xalqının tanınmış soylarından biri.
Qarabağın qədim və məşhur soylarından biri. Azərbaycanda daha çox Ağayevlər kimi tanınırlar.
Ağaoğluların ulu babası Hüseynəli ağadır. Hüseynəli ağa Mir Möhsün Nəvvabın bilgisinə görə əslən Bəyazid, Məhəmməd ağa Müctəhidzadənin məlumatına görə isə Qazax qəzasındandır. Ünlü din xadimi olan Hüseynəli ağa şiəməzhəb camaat arasında qazı vəzifəsində çalışmışdı.Onun törəmələri rus üsul-idarəsi dövründə Ağayev, Türkiyəyə mühacirət edənlər isə Ağaoğlu soyadını qəbul etmişdilər.
- Əhməd bəy Ağaoğlu — Azərbaycan və Türkiyə ictimai xadimi, siyasətçisi, jurnalisti, pedaqoqu, yazıçısı və türkoloqu.
- Mirzə İbrahim bəy Səba — şair.
- Səməd Ağaoğlu — yazıçı, publisist və Türkiyənin dövlət və siyasi xadimi olmuşdur. Üç dəfə Böyük Millət Məclisinə deputat seçilmiş, baş nazirin müavini, dövlət naziri olmuşdur.
- Sürəyya Ağaoğlu — Türkiyənin ilk qadın vəkili[1]
- Əkbər Ağayev — tənqidçi, ədəbiyyatşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1939), Azərbaycanın Əməkdar ali məktəb işçisi (1981), filologiya elmləri doktoru (1972), professor.
- Tezer Taşkıran — Azərbaycan əsilli Türkiyə siyasətçisi, maarifçisi və yazıçısı. O, 1944-cü ildə Kastamonudan, 1946 və 1950-ci illərdə isə Qarsdan Türkiyə Böyük Millət Məclisinə deputat seçilib.
- Ənvər Çingizoğlu, Ağaoğlular, "Soy" dərgisi, 10 (18), bakı, 2008. səh.9–17.