Ağasəlim Şükürov

Ağasəlim Səmədağa oğlu Şükürov (9 sentyabr 1963, Əli-Bayramlı24 mart 2023, Bakı) — Sovet İttifaqının hərbi tərcüməçisi və Azərbaycan Respublikasının diplomatı.

Ağasəlim Şükürov
Ağasəlim Səmədağa oğlu Şükürov
Şəxsi məlumatlar
Doğum tarixi 9 sentyabr 1963(1963-09-09)
Doğum yeri
Vəfat tarixi 24 mart 2023(2023-03-24) (59 yaşında)
Vəfat yeri
Milliyyəti Azərbaycanlı
Təhsili
İxtisası Şərqşünaslıq
Dini İslam

Təltifləri "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919–2019)" yubiley medalı "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 10 illiyi (2005–2015)" yubiley medalı 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni

Həyatının erkən dönəmi və təhsili[redaktə | mənbəni redaktə et]

Ağasəlim Səmədağa oğlu Şükürov 9 sentyabr 1963-cü il tarixində Əli Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuşdur. 1971–1981-ci illərdə Bakı şəhəri 49 saylı orta məktəbdə təhsil almış, ali təhsilini 1981–1987-ci illərdə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində bitirmişdir.

Diplomat kimi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Sovet İttifaqında[redaktə | mənbəni redaktə et]

1988–1991-ci illərdə SSRİ Müdafiə Nazirliyinin xətti ilə İraq Respublikasında hərbi tərcüməçi vəzifəsində çalışmışdır.

Azərbaycan Respublikasında[redaktə | mənbəni redaktə et]

1993–1997-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin İslam Konfransı Təşkilatı İdarəsində 3-cü katib və 2-ci katib vəzifələrində çalışmışdır. 1997–2000-ci illərdə Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı Səfirliyində 2-ci katib, 2000–2002-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Yaxın Şərq və Afrika ölkələri İdarəsində şöbə müdiri, 2002–2006-cı illərdə Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı Səfirliyində 1-ci katib vəzifəsində çalışmışdır. 2006–2008-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Yaxın Şərq və Afrika ölkələri İdarəsində şöbə müdiri vəzifəsin təyin edilmiş, bundan sonra 2008–2010-cu illərdə Azərbaycan Respublikasının Liviyadakı Səfirliyinin müvəqqəti işlər vəkili vəzifəsində çalışmışdır. 2010–2014-cü illərdə Azərbaycan Respublikasının Liviyadakı, 2015–2022-ci illərdə Azərbaycan Respublikasının Livan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışmışdır. Şükürov Azərbaycanı 30-dan çox dövlətdə müxtəlif diplomatik missiyalarda təmsil etmişdir. O, xarici ölkələri səfərlər zamanı Heydər Əliyevi müşayiət etmiş və bir sıra ikitərəfli görüşlərdə iştirak edərək ərəb dili üzrə tərcüməçilik etmişdir.[1][2][3][4][5]

Təltifləri[redaktə | mənbəni redaktə et]

2015-ci ildə "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 10 illiyi münasibətilə yubiley medalı" və 2019-cu ildə Azərbaycan Respublikası Diplomatik Xidmət Orqanlarının 100 illiyi münasibətilə "Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin yubiley medalı" ilə təltif edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 1319 nömrəli Sərəncamı ilə 2019-cu ildə "üçüncü dərəcəli" vətənə xidmətə görə Ordeni ilə təltif edilmişdir.

Ölümü[redaktə | mənbəni redaktə et]

A. Şükürov bir müddət əziyyət çəkdiyi xəstəlikdən 24 mart 2023-cü il tarixində Bakı şəhərində dünyasını dəyişmişdir.[6]

Ailəli olub, 3 övladı, 3 nəvəsi var.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Azərbaycan Respublikasının Livan Respublikasındakı Səfiri Ağasəlim Şükürov Livan Respublikasının Mədəniyyət Naziri Reymond Arayci ilə görüşmüşdür". beirut.mfa.gov.az. 2016. 2023-09-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 sentyabr 2023.
  2. "Ağasəlim Şükürov vəfat etdi". news.milli.az. 24 mart 2023. 2023-09-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 sentyabr 2023.
  3. "Ağasəlim Şükürov səfir təyin edildi". 525.az. 2015. 2023-09-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 sentyabr 2023.
  4. "Azərbaycanın Liviya, Suriya və Livandakı səfirləri vəzifələrindən geri çağırıldı (ƏLAVƏ OLUNUB)". az.trend.az. 2014. 2023-09-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 sentyabr 2023.
  5. "Səfir Ağasəlim Şükürov: Liviyada vəziyyət ağır olaraq qalır". www.amerikaninsesi.org. 2011. 2023-09-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 sentyabr 2023.
  6. "Tanınmış diplomat Ağasəlim Səmədağa oğlu Şükürov bir müddətdir əziyyət çəkdiyi xəstəlikdən dünyasını dəyişib". globalinfo.az. 2023. 2023-09-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 sentyabr 2023.