Ağboğaz susamuru

Ağboğaz susamuru (lat. Hydrictis maculicollis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinin hydrictis cinsinə aid heyvan növü. Hydrictis cinsinə daxil olan yeganə növdür.

Ağboğaz susamuru
Elmi təsnifat
Beynəlxalq elmi adı

Aşboğaz susamurları 44-68 sm uzunluğa sahib olurlar. Onların quyruqları 13,5-19,0 sm arasında dəyişir. Çəkiləri isə 3-5 kq arasındadır. Erkəklər bir qayda olaraq dişilərdən böyük olur. Bədəni şux və uzunsov formadadır. İri başa və enli boyuna sahibdir. Xəzinin rəngi tünd qəhvəyidən qırmızı-qəhvəyi arasında dəyişir. Qulaqları qısa və yumrudur. Boğazda və ağız ətrafında ağdan krem rəngi aralığında olan ləkələr vardır. Fərdlər arasında rəng fərqliliyi müşahidə edilir. Nadir də olsa albinos fərdlərə rast gəlinir.

Diş formulu:

Ağboğaz susamurları Afrikanın Böyük səhrasından cənubdakı ərazilərində rastlanılır. Qərbdə Qvineya-Bisaudan, Efiopiyanın cənub-qərbinə, Namibiyanın cənub-qərbindən şimal sərhədlərinə, BotsvanaZimbabvenın şimal-qərbindən Keniya, MalaviTanzaniyanın şərqinə, Mozambikdən Cənubi Afrikanın şərqinə kimi olan ərazilərdə yayılmışdır.

Ağboğaz susamurları əsasən balıqlar (Barbus, Clarias, Haplochromis, Micropterus salmoides, Salmo trutta, Tilapia) və qurbağalarla (Xenopus laevis, Rana) qidalanır. Təbiətdə olar timsahların şikarına çevrilə bilirlər. Balaları isə sahil qartallarının yeminə cevrilə bilir.

Viktoriya gölündə (Tanzaniya) çütləşmə iyulda baş verir. Balalar isə sentyabrda doğulur. 1-3 arası bala doğa bilirlər. Bala doğularkən kor olur. Bir il müddətində anasının yanında qalır. Erkəklər onların böyüdülməsində iştirak etmirlər.

  1. Integrated Taxonomic Information System (ing.). 2003.
  2. Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0