Ağdamlar

Ağdamlar - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonunda kənd.

kənd
Ağdamlar
40°20′07″ şm. e. 44°10′06″ ş. u.HGYO
Ölkə  Ermənistan
Tarixi və coğrafiyası
Saat qurşağı UTC+4
Xəritəni göstər/gizlə
Ağdamlar xəritədə
Ağdamlar
Ağdamlar

İrəvan quberniyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonunda kənd. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. 1897-ci ildə 39 nəfər azərbaycanlı yaşamışdır. XX əsrin əvəllərində - 1905-1906-cı illərdə ermənilərin təcavüzü nəticəsində azərbaycanlılar deportasiya olunmuş və kənd ləğv edilmişdir.

Toponim rəng bildirən ağ sözü ilə -lar cəm şəkilçisi qəbul etmiş, türk dilində «ev, divar» mənasında işlənən dam sözünün birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.[1]

  1. İbrahim Bayramov QƏRBİ AZƏRBAYCANIN TÜRK MƏNŞƏLİ TOPONİMLƏRİ Bakı "Elm" 2002

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]