Ağ-Təhlə — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Qarayazı bələdiyyəsinin inzibati-ərazi vahidində kənd.
Ağtəklə | |
---|---|
აღთაქლა | |
41°35′46″ şm. e. 44°59′04″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
İlk məlumat | 1872 |
Mərkəzin hündürlüyü | 450 m |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 1300 |
Gürcüstanın cənub-şərqində, Azərbaycan sərhədindən 20 km aralıda yerləşir. İnzibati mərkəzi Qardabani rayonudur. Sol tərəfində Kür çayı axır. Sağ tərəfindən dəmiryol xətti keçir. 2009-cu ildən kəndin yuxarı hissəsində Gürcüstan-ABŞ hərbi bazası salınıb. 2001-ci ilə qədər həmin yerdə Rusiyaya məxsus "Vaziani" hərbi bazası yerləşirdi.
1869-cu ildə həyata keçirilmiş kameral (ailə və ya tüstü/ev sayına görə) siyahıyaalınmaya əsasən Tiflis quberniyasının Tiflis qəzasının Ağtəhlə kəndində Azərbaycan tatarlarından ibarət 107 ailə yaşayırdı.[2]
17-24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasının rəsmi yekunlarına əsasən kənddə yaşayan 4.229 nəfər əhalinin 93 %-i etnik azərbaycanlılardan ibarətdir.[3][4]
Kənddə 1 Azərbaycan məktəbi, kənd xəstəxənası, özəl xəstəxana və məscid vardır. Qəsəbə sakinlərinin əksəriyyəti islam dininə etiqad edirlər. 2009-cu ildən Ağtəklədə məscid fəaliyyət göstərir.
Yaranma tarixi qeyri-müəyyəndir. Yaxılığındakı kənd qəbirstanlığında olan qəbir daşlarının yaşı min illərlə ölçülür.[mənbə göstərin] Kəndin adı böyük ehtimal qədim türk qəbiləsi Təkəli adı ilə bağlıdır.
Ay | Yanvar | Fevral | Mart | Aprel | May | İyun | İyul | Avqust | Sentyabr | Oktyabr | Noyabr | Dekabr | İl |
Orta tempratur [°C] | 6 | 7.7 | 12,9 | 18,2 | 23,4 | 27.5 | 30.8 | 30.8 | 26.0 | 19.8 | 12.9 | 7.5 | 18.7 |
Yağışlar (mm) | 19 | 26 | 30 | 51 | 78 | 76 | 45 | 48 | 36 | 38 | 30 | 21 | 498 |