Anbartəpə — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Qarayazı rayonunun inzibati-ərazi vahidində kənd.
Anbartəpə | |
---|---|
41°28′48″ şm. e. 45°04′48″ ş. u.HGYO | |
Ölkə | Gürcüstan |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 305 m |
Kənd keçmiş Alman koloniyasıdır və müxtəlif illərdə Traunbensthal və Rosa adlanırdı. Almanların deportasiyasından sonra 1943-cü ildə azərbaycan türkləri yaxınlıqdakı Təklə kəndindən buraya köçdü və kəndin adı Ambartəpə olaraq dəyişdirildi. 19-cu yüz illiyin tarixi sənədlərində kənd Ambartəpə və ya Ambartayfa olaraq adlandırılır.[1]
17-24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasının rəsmi yekunlarına əsasən kənddə yaşayan 131 nəfər (65 nəfəri kişilər, 66 nəfəri qadınlar) əhalinin 81 %-i etnik azərbaycanlılardan, 13 %-i isə gürcülərdən ibarətdir.[2][3] 2014-cü ilin məlumatlarına görə Anbartəpə kəndində 700 nəfər əhali yaşayır[4] ki onların 96 % azərbaycanlılardan, 3,4 % isə gürcülərdən ibarətdir.[5]
Anbartəpəlilər daha çox qoyunçuluq, maldarlıq və tərəvəzçilik işlərinə baxır. Kənddə bir bazar yerləşir.[6]
<ref>
teqi; აღწერა 2014
adlı istinad üçün mətn göstərilməyib