Aşıq Samirə

Samirə Əliyeva (tam adı: Samirə Zimirxan qızı Əliyeva; 29 sentyabr 1981, Bakı) — ADMİU-nun Aşıq sənəti kafedrasının müdiri, azərbaycanlı aşıq, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, Əməkdar mədəniyyət işçisi, Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi, 2014-2017-ci illərdə Prezident Mükafatçısı, Azərbaycan Aşıqlar Birliyinin üzvü.[1]

Samirə Əliyeva
Ümumi məlumatlar
Doğum tarixi 29 sentyabr 1981(1981-09-29) (43 yaş)
Doğum yeri
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Uşağı 2
Musiqiçi məlumatları
Fəaliyyəti aşıq, aktrisa, pedaqoq
Fəaliyyət illəri 1991 - hal-hazırda
Təhsili
Üzvlüyü Azərbaycan Aşıqlar Birliyi
Mükafatları Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi

Həyatı və təhsili

[redaktə | mənbəni redaktə et]

Samirə Əliyeva 29 sentyabr 1981-ci ildə Bakıda anadan olmuşdur. Təhsilinə 1988-ci ildə Bakı şəhəri, Xətai rayonu 221 saylı orta məktəbdə başlayaraq, 1998-ci ildə 98 saylı orta məktəbi bitirmişdir. 1998–2002-ci illərdə ADMİU-nun "Kütləvi tədbirlər rejissoru" ixtisası üzrə bakalavr, 2002–2004-cü illərdə "Mədəniyyətşünaslıq" ixtisası üzrə magistr təhsili almışdır. 1991-ci ildən aşıq sənəti ilə məşğuldur.

2006-cı ildən ADMİU-nun dissertantı olmuş Samirə Əliyeva 2013-cü ildə tədqiqat işini müdafiə edərək sənətşünaslıq üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır. 2019-cu ilin mart ayında, AAK tərəfindən dosentlik diplomu ilə təltif olunmuşdur.[1]

Samirə Əliyeva 2004-cü ildən ADMİU-nun "Estrada və populyar musiqi" kafedrasında elmi-pedaqoji fəaliyyətə başlayıb. 2011-ci ildən "Aşıq sənəti" kafedrasında baş müəllim, 2017-ci ildən dosent vəzifəsində çalışır. 2022-ci ildən kafedranın müdiridir.

2008-ci ildə YUNESKO-nun "Aşıq sənəti"nin təbliği naminə keçirdiyi seçimi nəticəsində qadın aşıqları arasında seçilmiş, bu təşəbbüslə Fransada çıxarılan "Azərbaycan Aşıq Sənəti Anatologiyası" adlı diskdə ifaya yer ayrılmışdır. 2009-cu ilin mart ayında Fransanın "Luvr" muzeyində aşıq sənəti YUNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil olması ilə bağlı keçirilən konsertdə qadın aşıqlarını təmsil edərək, uğurla çıxış etmişdir.[1]

2018-ci ildə Azərbaycan Aşıqlar Birliyinin IV qurultayında hesabat çıxışı olmuşdur. 2019-cu ilin aprel ayında, YUNESKO-nun Özbəkistanda təşkil etdiyi Beynəlxalq "Bakshı festivalı" –nda II yerə layiq görülmüşdür. Həmin ilin iyun ayında YUNESKO-nun Bakıda keçirilən Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının açılış mərasimində solist olaraq, yadda qalan və fəal iştirakına görə Mədəniyyət Nazirliyinin və YUNESKO rəhbərliyinin fəxri diplomuna layiq görülmüşdür. Həmin ilin sentyabr ayında Heydər Əliyev mərkəzində 31 ölkənin XVIII–XX əsrlərə aid olan 200-dək musiqi aləti bir arada - "Musiqi alətləri: birlik və müxtəliflik" sərgisində "Aşıqlar" və "Saz" bölmələrində yeganə gənc aşıq olaraq, solo ifaları və yaradıcılığı ilə bağlı məlumatlar yer almışdır.

29 mart 2021-ci il tarixində Azərbaycan Respublikasının mədəniyyət nazirliyi, Milli Məclisin Mədəniyyət komitəsi, AMEA-nın N.Gəncəvi adına ədəbiyyat institutu, Beynəlxalq Türk akademiyası və Türksoyun birgə təşkil etdiyi AŞIQ ƏLƏSGƏR −200 "Göyçədən Türk dünyasına" virtual konfransında iştirak etmişdir. 12 may 2021-ci il tarixində Şuşada keçirilən "Xarı bülbül" festivalının iştirakçısı olmuşdur. "Sənətinə Aşiq Samirə" adlı diski buraxılıb. O, 28 aprel 2011-ci ildə Yeni Azərbaycan Partiyasına üzv qəbul edilmişdir.[2]

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Samirə Əliyeva bir sıra məqalə, konfrans materialı və proqramın, o cümlədən aşıq sənəti üzrə təhsil alan tələbələr üçün "İxtisas", "Aşıq sənətinin tarixi və nəzəriyyəsi" və magistr pilləsi üzrə "Aşıq sənətinin müasir istiqamətləri" adlı proqramın tərtibçisi, "Dastan ifaçılığı bir aktyorun teatırı kimi" adlı dərs vəsaitinin müəllifidir.[1]

  • 1993-cü ildə Respublika üzrə keçirilən "Gənc istedadlar" telemüsabiqəsinin qalibi olaraq, eyni ildə Şotlandiyanın Aberdin şəhərində keçirilən "Ümumdünya gəncləri festivalı" laureatı olub.
  • 1994-cü ildə "Sübh şəfəqləri" telemüsabiqəsi, "Yanvar şəhidləri" şeir müsabiqəsi, İstedad – 95 müsabiqəsi və "Aşıq qızların I Respublika" müsabiqəsinin diplomuna layiq görülüb.
  • 1996-cı ildə "Xalq çalğı alətləri ansamblının" şəhərlərarası keçirilən müsabiqənin, "Pöhrə — 97" müsabiqəsinin ," İstedadlar axtarırıq — 97" müsabiqəsinin, "Vətənimdir – Odlar Yurdu — 98" müsabiqəsinin qalibi olub, "Gənclik — 99" gənc müğənnilərin Respublika estrada – mahnı müsabiqəsinin I dərəcəli diplomuna layiq görülüb.[1]
  • Aşıq Samirə Əliyeva Azərbaycan Prezidentinin Sərəncamı ilə "Əməkdar mədəniyyət işçisi" adına layiq görülüb[3]. 30 aprel 2014-cü ildə,[4] 6 may 2015-ci ildə[5], 6 may 2016-cı ildə [6] və 1 may 2017-ci ildə Prezident Mükafatçısı olub.[7] [1]
  • 2021-ci ildə Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar ilk dəfə olaraq "Leyli və Məcnun" dastan-tamaşasında Leyli obrazında uğurlu çıxışına görə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən "Nizami Gəncəvi-880 xatirə nişanı" ilə təltif olunmuşdur.
  • 2023-cü ildə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təsis etdiyi "Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif edilib.
  1. Hərənin öz payı+tayı (film, 2006)-Qəndab
  2. 3 bacı (film, 2012-2014) (bədii serial) (rol: özü)
  1. 1 2 3 4 5 6 "Aşıq Sənəti Kafedrasının Müdiri" (az.). https://admiu.edu.az. Archived from the original on 2024-07-08. İstifadə tarixi: 8 iyl 2024.
  2. "YAP-a üzvlər qəbul edildi". 2011-05-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-01.
  3. https://web.archive.org/web/20140322110643/http://news.lent.az/news/159424 (#bare_url_missing_title). 2014-03-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-03-23.
  4. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2018-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-30.
  5. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2018-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-01.
  6. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2017-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-06.
  7. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 01.05.2017. 2017-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-02.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]