Qalayçılar — Azərbaycan Respublikasının Ağdam rayonunun Əlimədətli kənd inzibati ərazi dairəsində kənd.[2]
Qalayçılar | |
---|---|
40°07′33″ şm. e. 46°49′04″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ0229[1] |
1930-cu ilə qədər Qalayçılar kəndi Yelizavetpol quberniyasının Cavanşir qəzasının tərkibində olub.
Qalayçılar kəndi Qarabağ müharibəsi zamanı — 1993-cü il, iyunun 16-da Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.
Kənddə 2 mağaza, orta və ibtidai məktəb, tibb məntəqəsi, 1 kitabxana, 1 klub və 1 uşaq bağçası fəaliyyət göstərib.
Rayon mərkəzindən 26 km şimal qərbdə, Ağdam-Ağdərə şose yolundan 4 km aralı, Qabartı çayının sağ və sol sahilində, Qarabağ silisiləsinin ətəyindədir.
İşğala qədərki dövrün son (16 iyun 1993-cü il) məlumatına əsasən, Qalayçılar kəndində yaşayan əhalinin sayı 1476 nəfər olub. Əhalinin əsas məşquliyyəti heyvandarlıq və taxılçılıq idi. XIX əsrdə ermənilərin kütləvi şəkildə Şimali Azərbaycana, o cümlədən Qarabağa köçürülməsi Qalayçılar camaatının da normal həyat ritmini pozdu, lakin bu qoçaq camaat rus imperiyasına güvənən erməni gədələrinə cavab verməyi bacarırdı. XX əsrin sonlarında erməni terroru yenidən tüğyan edəndə Qalayçıların igid oğulları özünümüdafiə rotası yaradıb erməni daşnaklarıyla mübarizəyə başladılar. 1993-cü ilin iyun ayında çox böyük qüvvəylə hücuma keçən ermənilər bölgədəki bütün kəndləri, eləcə də Qalayçılar kəndini işğal etdilər. Dinc əhali təxliyə olunurdu. Qalayçıların qocaman sakini – səksən yaşlı Məhəmməd kişi kənddən çıxmadı. Ov tüfəngini götürüb öz evinin ikinci mərtəbəsinə qalxdı. Kəndi ələ keçirmiş erməni quldurları od vurub bütün evləri yandıraraq Məhəmməd kişinin evinə yaxınlaşırdılar. Kənd artıq cəhənnəmə çevrilmişdi, hər tərəfi qalın tüstü basmışdı, itlər ulaşırdı. Bir-iki dəqiqədən sonra o biri evlər kimi, el ağsaqqalının da min bir əziyyətlə tikdiyi ev ərşə yüksələn alovlar bürünərək yanıb kül olacaqdı. Qəflətən atəş açıldı. Məhəmməd kişi qoca olsa da, yaxşı ovçuydu və bu dəfə də sərrast nişan alıb gülləni erməninin düz ürəyinə çaxdı. Qəfil güllədən ölümcül yaralanmış erməni daşnağı donuz çoşqası kimi, tükürpədici səslə qışqırıb yerə sərildli. Əvvəlcədən mövqe tutub yerini bərkitmiş silahlı dəstəyə rast gəldiklərini, tələyə düşdüklərini güman edən ermənilər dərhal pərən-pərən olub geri çəkildilər… Məhəmməd kişi son gülləsi qalanacan ermənilərlə vuruşdu. Son anda Qarabağ müharibəsi veteranı Sahib Əhmədov gizli yolla gəlib bu igid qocanı aradan çıxartdı, ermənilərin əlinə keçməsinə imkan vermədi.
Azərbaycan xalqının tarixində belə hadisələr çox olub. M. S. Ordubadi özünün "Qanlı illər" kitabında yazır ki, 1905-ci ildə İrəvan qəzasının kəndləri erməni terroruna məruz qalanda bölgədəki kəndlərdən birinin ağsaqqalı – Novruz kişi hündür bir yerə çıxıb qışqırdı: "Camaat, hara qaçırsınız? Mən təkbaşına bu erməni alaylarının qarşısında müdafiə mövqeyində durub can verəcəm. Müsəlmanlar! Hər millətə gərəkdir öz şəninə və heysiyyatına layiq bir tərzdə dünyadan getsin…"
Ağdam rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |