Aşağı Tuqa

Aşağı Tuqa (çeç. Тlуга[1]) — Çeçenistan Respublikası, İtum-Kali rayonu, Mayst dərəsində yerləşən orta əsrlərə aid qala qala kompleksi.

Aşağı Tuqa
çeç. Лахар Тlуга
Xəritə
42°34′26″ şm. e. 45°19′06″ ş. u.
Ölkə Rusiya Rusiya
Rayon İtum-Kali rayonu
Yerləşir Çeçenistan, İtum-Kali rayonu
Tikilmə tarixi XV—XVI əsrlər
DövlətÇeçenistan
ƏhəmiyyətiÖlkə əhəmiyyətli

Qala kompleksinin tikilmə tarixi XV–XVI əsrlərə aid edilir.

Tarixi[redaktə | mənbəni redaktə et]

V.İ.Markovin yazılarında Çeçenistandakı müdafiə qalalarının düzgün xülasəsini verən 1822-ci ilin anonim müəllifindən bəhs edir.[2] Naməlum müəllifin araşdırması 1822-ci ildə "Ruskiy İnvalid" jurnalında dərc olunub. Adolf Berjenin müşahidələri XIX əsrin ortalarına təsadüf edir. Gördüyü bütün qalaların təsvirini vermədən ümumi şəkildə bəhs edir. Bir qədər sonra A.P.İppolitov Şatoy kəndi yaxınlığında iki hərbi qurğunun rəsmlərini dərc etdirir. Lakin Vsevolod Millerin işi ən böyük elmi əhəmiyyətə malik olur. O, Çeçenistan-İnquşetiyanın bir çox memarlıq abidələrini ətraflı təsvir edir.[3]

Hələ XIX əsrin I yarısında, Qroznı şəhərindən bir qədər aralıda, Xanqala dərəsində hərbi qala var idi. Adolf Berje Arqun dərəsinin sakinlərinin kəndlərini və yollarını qoruyan bir sıra qalalardan bəhs edir.

1927–1928-ci illərdə avstriyalı alim Bruno Pleçke Çeçenistanla bağlı maraqlı materiallar toplayır. Lakin yalnız 1935-ci ildə Yevgeni Krupnovun rəhbərlik etdiyi Şimali Qafqaz arxeoloji ekspedisiyasının yaradılması ilə Çeçenistanın qədim abidələrinin daha sistemli şəkildə öyrənilməsinə başlanıldı. 1986-cı ildə Mayst ərazisi V.V.Velikaya və D.Y.Çaxkiyev tərəfindən tədqiq edilmiş, onlar da Vaserkela, Tsekaloya, Puoq və Tuqanın bəzi abidələrini tədqiq etmişlər.[4] Tuqada Bataq, Çonkar qalalarının istedadlı ustaları yaşayırdı. Onlar nəinki Çeçenistanda işləmiş, hətta bu dağlıq Gürcüstana da tikinti işləri üçün dəvət olunmuşdular. Keyfiyyətli işlərinin qarşılığında onları həmişə dəyərli hədiyyələrlə: mal-qara, parçalar, silahlar, barıt, metallar ilə yola salırdılar.[5]

Təsviri[redaktə | mənbəni redaktə et]

AşağıTuqada on iki yaşayış qalası və 2 beşmərtəbəli müdafiə qalası var idi. Aşağı Tuqada yer kriptaları vardır. Həmçinin, bütün region üçün unikal məbəd-ziyarət yeri və xatirə kamerası olan nadirnadir yeraltı məbəd də mövcuddur. Burada yerli ağsaqqallar mühüm məsələləri həll etmək üçün toplaşırdılar. Aulda erkən müsəlman məqbərələri və məscid qeydə alınmışdır, qalaların divarlarında çoxlu petroqliflər vardır. Yaxınlıqda qərbdən 400 metr aralıda Yuxarı Tuqa qalası qala kompleksi də yerləşir. Kompleksə 1 müdafiə və 8 yaşayış qalası daxildir.[6] Şimal-qərbdən 500 metr hündürlükdə Tuqa qala kompleksi yerləşir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "А. Сулейманов. Топонимия Чечни". 2019-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-28.
  2. "По ущельям реки Аргун 1969 Марковин В.И. - В стране вайнахов". townevolution.ru. 2021-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-02.
  3. В. И. Марковин Памятники зодчества в горной Чечне (по материалам исследований 1957–1965 гг.) //сборник Северный Кавказ в древности и в средние века Москва, 1980 М. с. 184
  4. Султан Исаев. Из истории изучения памятников археологии Итум-Калинского района Чечни (ущелье реки Майсты-хи. (ingilis).
  5. В. И. Марковин Памятники зодчества в горной Чечне (по материалам исследований 1957–1965 гг.) //сборник Северный Кавказ в древности и в средние века Москва, 1980, М. с. 184
  6. Научное наследие Л. П. Семенова и проблемы комплексного изучения литературы и культуры Северного Кавказа// Орджоникидзе, 1988, с.138–141.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]