Aşiqlər (Mohabbatein-tərcümə: Sevgi hekayələri — Azərbaycanda Aşiqlər olaraq tanınır) — 2000-ci ildə Hindistanda istehsal olunan romantika janrında olan musiqili filmin rejissoru Aditya Çopradır. Bu film Cəsur ürək gəlini alar filmindən sonra Çopranın rejissorluq etdiyi ikinci layihədir. Filmin çəkilişləri Hindistan və İngiltərədə baş tutub. Altı gənc debütantın iştirak etdiyi filmin əsas rollarında Amitabh Baççan və Şahrux Xan yer almışdır. Ayşvariya Ray filmdə Xanın sevgilisi olaraq rol aldı. Musiqilərin müəllifi Çətin-Lalittə məxsusdur, sözləri isə Anand Baxşi tərəfindən qələmə alınıb. Aşiqlər filmi Baççan və Xanın birlikdə rol aldığı ilk film olduğundan bu filmə çox önəm verilirdi.
Aşiqlər | |
---|---|
Mohabbatein | |
Janr | romantik film[3], dram filmi[3], musiqili film[3][4] |
Rejissor | Aditya Çopra |
Prodüser | Yaş Çopra |
Ssenari müəllifi | Aditya Çopra |
Baş rollarda |
Amitabh Baççan Şahrux Xan Ayşvariya Ray Uday Çopra Cuqal Hansrac Cimmi Şerqil Şamita Şetti Kim Şarma Priti Canqiani |
Operator | |
İstehsalçı | Yash Raj Films |
Distribütor | Netflix |
İlk baxış tarixi | 27 oktyabr 2000 |
Müddət | 216 dəqiqə |
Büdcə | 3.29 milyon $[1] |
Gəlir | 13.49 milyon $[2] |
Ölkə | Hindistan |
Dil | Hind dili |
Rəng | rəngli |
Çəkiliş yeri | İngiltərə |
IMDb | ID0213890 |
Film tənqidi və kommersiya tərəfdən kifayət qədər uğur qazandı. Film həmçinin ilin ən çox gəlir əldə edən ikinci filmi oldu və superhit elan olundu.[5] Bir neçə mükafat daxil olmaqla Filmfare Ən Yaxşı Aktyor üzrə Tənqidçilər Mükafatı və Filmfare Ən Yaxşı Köməkçi Aktyor mükafatları müvafiq olaraq Şahrux Xan və Amitabh Baççana verildi.
Qurukul Universitetini Narayan Şankar (Amitabh Baççan) adlı bir inadkar idarə edir. O, 25 il universitet idarə edib və romantikaya hər cür olaraq qadağa qoyub—kimsə aşiq olarsa dərhal xaric olunacaq. Filmin əsas diqqəti hər üçüdə aşiq olmuş tələbələrin üzərindədir: Samir (Cuqal Hansrac), Viki (Uday Çopra) və Karan (Cimmi Şerqil). Samir onun uşaqlıq dostu Sancananı (Kim Şarma) sevir. Viki universitet yaxınlığından olan İşika (Şamita Şetti) adlı bir qıza aşiq olur. Karan isə qatar stansiyasındakı gördüyü Kiran (Priti Canqiani) adlı bir qıza vurulur. Düzdü onlar sevirlər, ancaq onlar qovulmaqdan qorxduqları üçün sevgi etiraf etməyə cəhd etmək istəmirlər.
Rac Aryan (Şahrux Xan) musiqi müəllimi kimi Qurukula qoşulur. O sevginin gücünə inanır—bu üç tələbənin aşiq olduğunu öyrənincə, onlara ürəklərini dinləməyə sövq edir. Bu da Qurukuldakı bir çox qaydalara öz təsirini göstərir. Narayan isə heç bir dəyişikliyi sevmir. Ancaq bu üç gənc hər şeyi gözə alaraq məhz sevgilərinə nail olmaq üçün cəhd edir. Samir Sancananın oğlan dostunun olduğunu öyrənir. İşika onu əldə etmək istəyən Vikini sevmir. Karan isə Kiranın öldüyü bilinən bir pilotla evli olduğunu öyrənir. Rac onlara xəyal qırıqlığına uğramamağı deyər və onları şanslı hesab edər. Çünki Racın sevdiyi Meqha (Ayşvariya Ray) artıq dünyadan köçmüşdür. Rac tez-tez Meqhanın onun yanında olduğunu xəyal edər.
Rac tezliklə Qurukulda bir parti qurur və yaxınlıqdakı qızlar məktəbindən bir çox qız dəvət edir—Qurukulun hər tərəfinə sevgi yaymaq onun planının əsas hissəsidir. Bu dəyişiklik Narayan Şankarı qəzəbləndirir və dərhal Racın işdən qovulmasına qərar verir. Elə bu an Rac ona tam adının Rac Aryan Malhotra olduğunu söyləyir. Rac illər öncə bu universitetdə oxuduğunu və Meqhanı sevdiyi üçün burdan qovulduğunu deyir. O Meqha ki, Narayanın tək övladı idi. Rac xaric olunduğu üçün Meqha intihar edir. Rac bu hadisənin Narayan Şankarda dəyişiklik yaradacağına inanırdı, ancaq bu hadisə Narayanı daha da inadkar bir insana çevirdi. Rac ona bu Qurukula hətta Narayanın özünün belə uzaqlaşdıra bilməyəcəyi bir sevgi gətirəcəyini vəd edir. Bundan sonra sevgi (Rac) və qorxu (Narayan) arasında mübarizə başlayır. Ona görə də Narayan Racın Qurukulda qalmasına icazə verir.
Samir, Viki və Karan tezliklə sevdikləri qızların könlünü almağı bacarır—Rac bu an üçün döyüşün qalibi olur. Narayan isə asanlıqla təslim olmur, kimlərinsə Qurukul qaydalarını pozduğunu görsə həmin şəxsləri sıxışdırır. Üç tələbə qaydaları pozmağa davam edir və hətta digər tələbələrə də bunu təşviq edir. Narayan həmin üç tələbəni qovmağa qərar verir. Ancaq Rac Narayanı razı salmağa çalışır, məhz özünə görə bu şəxslərin qovulmasını istəmir. Rac həmçinin Narayana onun döyüşü uduzduğunu deyir. Çünki onu əvvəl qızı tərk etmişdi, indi isə onu Rac (Narayanı bir böyük olaraq hesab edərək) tərk edir. Narayan məhz Racın bu sözlərilə səhv etdiyini anlayır. Və o hər kəsin qarşısında üzr istəyir və Raca hər şeyi yenidən ələ almağa icazə verir. Elə Racın sayəsində Qurukul içərisi sevgiylə dolan bir universitetə çevrilir. Sonunda Rac, Narayan və Meqha xoşbəxt şəkildə Qurukulun qapılarına doğru irəliləyir.
Filmin istehsalından əvvəl Amitabh Baççan karyerasında dirçəlişə cəhd etdi, ancaq bu az uğur idi. Həmçinin filmin istehsal şirkəti maliyyə tərəfdən iflasa uğramışdı. Bu vəziyyət onu pis vəziyyətə salmışdı ki, ortaya onun dostu rejissor/prodüser Yaş Çopra girir.[6] Nəhayət Mohabbatein ilə o "qəhrəman" görüntü və yaşlı oyunçu olaraq daha gözəl rollar oynamağı bacarır.[6] Bu Amitabh Baççan və Şahrux Xanın birlikdə rol aldığı ilk film olur. Birlikdə müxtəlif nəsillərdən iki boyük ulduz gətirdiyi kimi bu film üçün də böyük təsir yaratdı.
Filmin çəkilişi Hindistan və İngiltərədə baş tutub.[7] Lonqlit Qurukul Universiteti üçün çəkiliş yeri olaraq seçilmişdir. Oksford və Kembric universitetləri də çəkiliş üçün istifadə olunmuşdur. Narayan Şankarın Rac Aryanla görüşməmişdən əvvəl gəzdiyi səhnəsi Kraliçanın Kolleci, Oksford yerləşən bölgədə çəkilmişdir. Dəmir yol səhnələri Hindistanda Panvel Maharaştrada olan Apta Dəmiryol Stansiyasında çəkilib. Karanın Kirandan dostluq xahişi etdiyi səhnənin çəkilişi Hindistanın Maharaştra bölgəsindəki Birla Mandir, Revdanda, Alibaq adlı yerlərində baş tutub. "Aankhein Khuli" musiqisinin çəkilişləri zamanı Cuqal Hansracın ayağı sınır və o bu səhnənin çəkilişlərinin qalan hissəsini tökmə bir geyimlə keçirməyə məcbur olur. Ayşvariya Ray qonaq oyunçu olaraq iştirak etməsinə baxmayaraq onun iştirakı kifayət qədər maraq yaradır və o öz rolu ilə müntəzəm xarakter canlandıraraq tərif qazanır.[8]
"Aşiqlər" | ||||
---|---|---|---|---|
Çətin Lalit tərəfindən ifa olunmuş sinql | ||||
Yayımlanma tarixi | 2000 | |||
Format | Saundtrek | |||
Janr | Film saundtreki | |||
Müddət | 49:48 | |||
Prodüser | Yaş Çopra | |||
Studiya | YRF Music | |||
Çətin Lalit sinqllarının xronologiyası | ||||
|
İcmallar | |
---|---|
Tənqidçilərin qiyməti | |
Mənbə | Reytinq |
Planet Bollywood | [9] |
Aşiqlər filminin musiqiləri Çətin Lalit tərəfindən bəstələnib. Sözləri isə Anand Baxşiyə məxsusdur. Albom tamaşaçılar tərəfindən müsbət qarşılandı. Bu həmçinin 2000-ci illərin ən çox satılan Bollivud film musiqisi oldu.[10]
Planet Bollywood-dan Avinaş Ramçandani albomun reytinqini 9.5 olaraq qiymətləndirdi, əlavə olaraq: "Aşiqlər bir neçə yeni müğənni ilə gözəl debüt edən, həbelə Çətin-Lalitin təqdirəlayiq işi və Anand Baxşinin parlaq sözləri ilə qurulmuş inanılmaz bir albomdur".[9]
# | Musiqi | Müğənni(lər) | Uzunluq |
---|---|---|---|
1 | "Humko Humise Chura Lo" | Lata Mangeşkar & Udit Narayan | 07:52 |
2 | "Chalte Chalte" | Şveta Pandit, Sonali Bhatawdekar, Pritha Mazumdar, Udhbav, Manohar Shetty & Ishaan | 07:38 |
3 | "Pairon Mein Bandhan Hai" | Shweta Pandit, Sonali Bhatawdekar, Pritha Mazumdar, Udhbav, Manohar Shetty & Ishaan | 07:01 |
4 | "Aankhein Khuli" | Lata Mangeshkar, Udit Narayan, Shweta Pandit, Sonali Bhatawdekar, Pritha Mazumdar, Udhbav, Manohar Shetty, Şahrux Xan & Ishaan |
07:02 |
5 | "Soni Soni" | Udit Narayan, Caspinder Narula, Shweta Pandit, Sonali Bhatawdekar, Pritha Mazumdar, Udhbav, Manohar Shetty & Ishaan |
09:07 |
6 | "Chalte Chalte 2" | Shweta Pandit, Sonali Bhatawdekar, Pritha Mazumdar, Udhbav, Manohar Shetty | 02:49 |
7 | "Zinda Rehti Hain Unki Mohabbatein" | Lata Mangeshkar & Udit Narayan | 02:03 |
8 | "Mohabbatein Love Themes" | Instrumental | 02:20 |
9 | "Rhythms of Mohabbatein" | İnstrumental | 03:56 |
Aşiqlər filminin kassa gəliri kifayət qədər uğurlu oldu. Filmin dünya üzrə kassa gəliri 74.11 kror (US$13.49 milyon) təşkil edir.[12] Film həmçinin yerli kassalardan ən çox gəlir əldə edən ilin ikinci ən yüksək Hind filmi oldu və "Super Hit" elan olundu.[5]