Bu məqalədə bəzi məlumatlarının mənbəsi göstərilməmişdir. |
Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. Lütfən, ensiklopedikliyi təsdiq etmək üçün məqalənin mövzusuna uyğun tərəfsiz, etibarlı mənbələr əlavə edin. Əgər belə mənbələr göstərilməzsə, məqalə birləşdirilə, yönləndirilə və ya silinə bilər. |
Əbülhəsən Fərhad oğlu Abbasov – Azərbaycan filosofu, AMEA Fəlsəfə İnstitutunun baş elmi işçisi, fəlsəfə elmləri doktoru, professor, Rusiya Pyotr Akademiyasının və “Dünya professorları sülh uğrunda” Beynəlxalq Təşkilatın üzvü. 43 illik elmi-pedaqoji və təşkilati fəaliyyəti ərzində 23 fəlsəfə doktoru və 5 elmlər doktoru hazırlayıb; 17 monoqrafiyanın, 4 dərs vəsaitinin, 200-dən çox elmi məqalənin müəllifidir; 35 tematik kitabın həmmüəllifi və baş redaktoru, 40-dan artıq elmi toplu və monoqrafiyanın elmi redaktoru olub.
Əbülhəsən Abbasov | |
---|---|
Əbülhəsən Fərhad oğlu Abbasov | |
Doğum tarixi | |
Doğum yeri | Gədəbəy rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | Fəlsəfə |
Elmi dərəcəsi | fəlsəfə üzrə elmlər doktoru |
Elmi adı | professor |
İş yerləri | AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu |
12 fevral 1953-cü ildə Azərbaycan Respublikasının Gədəbəy rayonu, Düzrəsullu kəndində anadan olub. 1960-1970-ci illərdə Novosaratovka kənd orta məktəbində rus dilində təhsil alıb. 1970-ci ildə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakultəsinə daxil olub və 1975-ci ildə həmin təhsil ocağını yüksək göstəricilərlə bitirib. Təyinatı üzrə 1 avqust 1975-ci ildə Kibernetika İnstitutunda əmək fəaliyyətinə başlayıb və burada işləyərək, paralel olaraq, saat hesabı əsaslarla üç il ərzində Azərbaycan Dövlət Universitetində (BDU-da) “riyazi fizika tənlikləri”, “kompleks dəyişənlər funksiyalarının nəzəriyyəsi” və “nəzəri mexanika” kursları üzrə seminar və mühazirə dərsləri aparıb. 1975-1978-ci illər – Azərbaycan EA-nın Kibernetika İnstitutunda baş laborant, riyaziyyatçı-proqramist; 1978-1984-cü illər – Azərbaycan EA-nın Fəlsəfə və Hüquq İnstitutunda kiçik elmi işçi; 1984-1992-ci illər – Azərbaycan İnşaat İnstitutunun Fəlsəfə kafedrasında müəllim, dosent; 1992-1994-cü illər – Azərbaycan Respublikası Prezident Aparatında (ərazi idarəetmə şöbəsində) böyük məsləhətçi, zona kurartoru; 1994-1996-cı illər – Bakı Ümumqoşun Ali Hərbi Məktəbin polkovniki vəzifəsində bölmə rəisi-professoru; 1996-2009-cu illər – AMEA Fəlsəfə və Siysi-Hüquqi Tədqiqatlar İnstitutunun “Sosial fəlsəfə” şöbəsinin müdiri; 2010-cu ildən bu günə kimi AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun (h/h Fəlsəfə İnstitutunun) baş elmi işçisi.
1982-ci ildə Tbilisi Dövlət Universitetində ”Sistemlik-bütövlük problematikasının baza anlayış və prinsiplərinin nisbəti” (09.00.01- dialektik və tarixi materializm) mövzusunda namizədlik dissertasiyasını, 1997-ci ildə isə BDU-da iki ixtisas üzrə (09.00.11 – sosial fəlsəfə; 09. 00.01- dialektika və idrak nəzəriyyəsi) “Mürəkkəb sistemlərin təşkili, fəaliyyəti, təkamülü və onların idarə olunması problemləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. Həmin doktorluq dissertasiyası hələ 1990-cı ilin oktyabr ayında M. Lomonosov adına Moskva Dövlət Universitetində müzakirədən keçirilərək epistemoloji cəhətdən əhəmiyyətli, elmi yeniliklərlə zəngin fundamental iş kimi dəyərləndirilib və müdafiəyə təqdim olunub. Müəllifdən asılı olmayan müxtəlif obyektiv və subyektiv səbəblərdən dissertasiyanın müdafiəsi 7 il ləngiyib. Namizədlik və doktorluq dissertasiyalarının elmi rəhbəri və elmi məsləhətçisi Azərbaycanın görkəmli filosofu, fəlsəfə elmləri doktoru, professor, əməkdar elm xadimi Cəmil Teymur oğlu Əhmədli olub. 18 sentyabr 1998-ci ildə Fəlsəfə və Hüquq İnstitutunun Elmi Şurasının qərarı ilə professor adına layiq görülüb. 1975-2015-ci illər ərzində riyazi elmlər, nəzəri mexanika, fəlsəfə, siyasi-hüquqi təlimlər, politologiya və sosiologiya üzrə ali məktəblərdə mühazirə və seminar dərsləri aparıb. 1980-1983-cü illərdə Azərbaycan KP MK yanında Marksizm-Leninizm Universitetində “dialektik məntiq” və “təbiətşünaslığın fəlsəfi problemləri” kurslarını tədris edib. İctimai əsaslarla 1978-1988-ci illərdə bir sıra elmi müəssisələrdə (Riyaziyyat institutu, Genetika və seleksiya institutu, Fiziologiya institutu) və İnşaat-mühəndisləri institutunda keçirilən metodoloji (fəlsəfi) seminarların təşkilatçısı, aparıcısı və məruzəçisi olub. Fəlsəfə və Hüquq institutu üzrə “Bilik” cəmiyyətinin rektoru (1982-1984), Azərbaycan KP MK-nın və Azərbaycan komsomolu MK-nın təlimatçısı-məruzəçisi (1983-1991), dialektik materializm üzrə metodoloji seminarların rəhbəri (1985-1990), Dissertasiya və Koordinasiya şuralarının üzvü (1996-2017) kimi fəaliyyət göstərib. “Ümumi fəlsəfə” ixtisası üzrə Azərbaycan Milli Elmlər Akademiyasının imtahan komissiyasının üzvüdür. Bu ixtisas üzrə doktoranturaya qəbul və minimum imtahanları üçün istifadə olan testlər (Azərbaycan və rus dillərində) və tədris proqramı məhz Əbülhəsən Abbasov tərəfindən tərtib edilib. Əbülhəsən Abbasovun çoxşaxəli elmi yaradıcılığı özündə bu istiqamətləri ehtiva edir: sistem yanaşma, sistemlilik və bütövlük problemi, mürəkkəb sistemlər nəzəriyyəsi, mürəkkəblik fəlsəfəsi, sinergetika, optimum fəlsəfəsi, idarəetmənin sinergetik fəlsəfəsi, tənqidi-sinergetik təfəkkür konsepsiyası, açıq cəmiyyət konsepsiyası, tolerantlıq paradiqması, postneoklassik epistemologiya, ictimai inkişaf, ictimai və qlobal transformasiyalar, vətəndaş cəmiyyəti və dövlət quruculuqu məsələləri, milli maraqlar və milli ideologiya, azərbaycançılıq ideyası, insan haqları və ictimai rəy, din və mədəniyyət, intellektual resursların idarə olunması və insan kapitalı, modernləşmə və islahat problemləri, yeniləşən cəmiyyətdə iqtisadi, siyasi və sosial institutların transformasiyası, ictimai meqatrend problemi, geosiyasi fəlsəfə və dünya nizamı problemləri, habelə, bəşəriyyətin inkişaf nəzəriyyəsi üzrə tədqiqatlar. Təqdirəlayiq haldır ki, o, yalnız sinergetikanın fəlsəfi zəminlərinin içlənilməsində ilk müəlliflərdən deyil, habelə, “tənqidi-sinergetik təfəkkür konsepsiyası”, “optimum fəlsəfəsi”, “mürəkkəblik fəlsəfəsi”, “postneoklassik epistemologiya”, “geosiyasi fəlsəfə”, “ictimai meqatrend” kimi məfhumlarda ifadədə olunan elmi sahə və cərəyanlar da bilavasitə onun adı ilə bağlıdır. Həmin istiqamətlər günbəgün aktuallaşmaqda və beynəlxalq elmi ictimaiyyətin marağını qazanmaqdadır. 1987-ci il məhsuldar elmi-pedaqoji və təşkilati fəaliyyətinə görə Azərbaycan LKGİ MK-nın Fəxri Fərmanı ilə təltif olunub. 1997-ci ildə «açıq cəmiyyət» probleminə dair elmi araşdırmalarına görə Əbülhəsən Abbasov Mərkəzi Avropa Universitetinin xüsusi sertifikatına layiq görülüb. 2002-ci ildə isə epistemologiya və sosial-siyasi fəlsəfə sahəsində əldə etdiyi nailiyyətlərin müqabilində Rusiya Pyotr Akademiyasına üzv seçilib. “Dünya professorları sülh uğrunda” Beynəlxalq təşkilatın üzvüdür. Bədii-fəlsəfi, ədəbi-tənqidi və publisistik yazıları da həm ölkə daxilində, həm də xaricdə oxucular tərəfindən maraqla qarşılanır. Onun postneoklassik epistemoloji sistem əsasında yazdığı və demokratiya, hüquqi dövlət, vətəndaş cəmiyyəti, milli ideologiya, milli maraqlar, idarəetmə, innovasion inkişaf, modernləşmə və islahat, insan haqları, ictimai və qlobal meqtrendlər məsələlərinə həsr olunmuş məqalə və kitabları son illərdə elmi-tədqiqat işlərinin aparılmasında, tədris prosesində geniş istifadə olunan əsərlər sırasına daxildir. Bu əsərlər elmi yenilik elementlərinin zənginliyinə, məntiq və üslub kamilliyinə, məzmun tutumuna, qavranıqlı dilinə görə bir elmi-nəzəri mənbə və dərs vəsaiti kimi mütəxəssislər tərəfindən yüksək dəyərləndirilir.
Alimin müstəqillik illərində işıq üzü görmüş əsərləri də həm ölkə ictimaiyyətinin, həm də xarici mütəxəssislərin ciddi maraqına səbəb olmuş və dəyərləndirilmişdir. Bunlardan aşağıda adları çəkilən kitabları qeyd etmək olar:
Əbülhəsən Abbasov keçmiş SSRİ məkanında sistem yanaşmanın, bütövlük problematikasının, mürəkkəb sistemlər nəzəriyyəsinin və sinergetikanın fəlsəfi əsaslarını işləmiş ilk tədqiqatçılardandır. Bu mənada onun hələ keçən əsrin 80-ci və 90-cı illərində nəşr edilmiş məqalə və monoqrafiyalarını xüsusi əhəmiyyət kəsb edir. Onlardan, məsələn, bu monoqrafiyaları göstərmək olar:
“Mürəkkəblik. Zaman. Sinergetika: mürəkkəblik və mürəkkəb sistemlərin inkişaf problemlərinin ümumnəzəri təhlili” adlı 1991-ci ildə rus dilində çıxmış monoqrafiyası sinergetika üzrə keçmiş SSRİ məkanında ilk böyükhəcmli fəlsəifi əsər olub. Bu kitabda formulə edilmiş və diqqət mərkəzinə alınmış bir çox anlayış və problemlər, ideya və prinsiplər bu gün də aktual olaraq maraq doğurmaqdadır. Məsələn: tarazlıq vəziyyətinin qeyri-vahidliyi, keçid dövrünün mərhələliyi, səbəb-nəticə ələqələrinin kvantlanması (paylanması), ictimai transformasiyada aktorların fəaliyyət kogerentliyi, imkan və ehtimalların divergensiyası şəraitində özünü reallaşdırma, fluktuasiyaların (təlatümlərin) sönməsi, möhkəmlənməsi və yayılması, zaman daxilində mürəkkəbləşmə və formayaradıcılıq, polibifurkasiya vəziyyətlərində özünütəşkilatlandırma, zaman-məkanda lokallaşma, sosial entropiyadan mühafizə problemləri; mərhələli optimallaşdırma, zəruri məhdudiyyət (qadağa), müxtəliflik vasitəsilə birliyə (vahidliyə) nailolma, özünütəşkil prosesində fokuslaşma (hədəflənmə) və geridönməzlik prinsipləri və s.