1997-ci ilədək bu vəzifəni yalnız ağdərili kişilər tutmuş, həmin il bu vəzifəyə Madlen Olbraytın, Corc Buş administrasiyası dövründə isə qaradərili Kolin Pauell və Kondoliza Raysın təyin olunması ilə həmin ənənə pozulmuşdur. Hazırkı dövlət katibi Mayk Pompeo, 1789-cu ildən bu yana bu vəzifəni tutan 70-ci şəxsdir.
ABŞ-nin xarici siyasəti və başqa ölkələrə diplomatik nümayəndələrin təyin olunması, həmçinin xarici ölkələrin diplomatik nümayəndələrinin qəbul edilməsi və ya qovulması ilə bağlı ABŞ Prezidentinə tövsiyələr verir.
Xarici ölkələrlə yüksək səviyyəli görüşlərdə danışıqlar aparır və ya bunu etmək üçün nümayəndələr təyin edir. Bura beynəlxalq sazişlər və digər razılaşmalar üzrə danışıqlar daxildir.
ABŞ-nin başqa ölkələrdəki fəaliyyətlərinin qurumlararası ümumi idarəetməsini, əlaqələndirilməsi və nəzarətini həyata keçirir.
Xaricdə yaşayan və ya səyahətdə olan ABŞ vətəndaşlarını məlumat və xidmətlərlə, həmçinin pasport və vizalarla təmin edir.
Xarici ölkələrdə ABŞ-nin immiqrasiya siyasətinə rəhbərlik edir.
ABŞ-nin xarici siyasəti ilə bağlı Konqresi və ABŞ vətəndaşlarını məlumatlandırır.
Dövlət katibinin vəzifəsi xarici əlaqələrin təmin edilməsi olduğu üçün, o daim müxtəlif ölkələrdə səfərdə olur. Qurumun tarixində ən çox ölkəyə səyahət edən dövlət katibi 112 səfərlə Hillari Klinton[3], ikinci isə 96 səfərlə Madlen Olbrayt olmuşdur.[4] Ən çox məsafə qət edən dövlət katibi isə 1 696 849,6 km-lə Kondoliza Rays[5], ikinci isə 1 539 575,0 km-lə Hillari Klintondur.[3]