Corc H.U. Buş

Corc Herbert Volker Buş (ing. George Herbert Walker Bush; 12 iyun 1924[1][2][…], Milton[d], Massaçusets[5][6]30 noyabr 2018[3][4][…], Hyuston, Texas[7][6]) — Amerika Birləşmiş Ştatlarının 41-ci prezidenti (1989–1993) və 43-cü vitse-prezidenti (1981–1989). Respublikaçılar partiyasının nümayəndəsidir. ABŞ-nin 43-cü prezidenti Corc Volker Buşun atasıdır.

Corc Herbert Uoker Buş
George Herbert Walker Bush
20 yanvar 1989 – 20 yanvar 1993
Vitse-prezidentDen Kueyl
ƏvvəlkiRonald Reyqan
SonrakıBill Klinton
20 yanvar 1981 – 20 yanvar 1989
PrezidentRonald Reyqan
ƏvvəlkiVolter Mondeyl
SonrakıDen Kueyl
Şəxsi məlumatlar
Doğum adı George Herbert Walker Bush
Doğum tarixi 12 iyun 1924(1924-06-12)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 30 noyabr 2018(2018-11-30)[3][4][…] (94 yaşında)
Vəfat yeri
Vəfat səbəbi Parkinson xəstəliyi
Partiya Respublikaçılar partiyası
Təhsili Yel Universiteti
Fəaliyyəti siyasətçi, donanma zabiti[d], diplomat, pilot, sahibkar, avtobioqraf[d], dövlət xadimi
Atası Preskot Buş
Anası Doroti Uoker Buş
Həyat yoldaşı Barbara Buş
Uşaqları oğlanlar: Corc Uoker Buş, Ceb Buş, Neyl Buş, Marvin Buş
qızları: Polina Robinson, Doroti
Ailəsi Buş ailəsi[d]
Dini Protestant-Yepiskopal
Hərbi xidmət
Qoşun növü ABŞ hərbi donanması
Döyüşlər
Rütbəsi Kiçik Leytenant (HDQ)
Elmi fəaliyyəti
Elm sahəsi siyasət[8], hökumət[8]

İmzanın şəkli
"Corc Buş prezident kitabxanası və muzeyi"
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Corc H. U. Buş ilə Heydər Əliyev balıq ovunda

1924 ilində Milton, Massaçusetsdə dünyaya gəldi. Konnektikut əyaləti senatorlarından bankir Preskot Şeldon Buş (1895–1972) ilə Doroti(uoker) Buş (1901–1992) cütlüyünün oğludur. Doğumundan qısa müddət sonra Buş ailəsi Qrinviç, Konnektikuta köçdü. Buş Qrinviçdə böyüdü; orada ve Andover'də (Massaçusets) özəl məktəblərində oxudu. Andover'dəki Filips Akademiyasını bitirdikdən sonra Dəniz Qüvvələri Ehtiyat Birlikləri'nde ehtiyat zabit oldu. II. Dünya müharibəsi ərzində (1942–44) Sakit okeandakı təyyarə gəmilərində bombardman pilotu oldu. Üstün Uçuş Nişanını qazandı.

1945 də Barbara Pirs ilə evləndi. Cütlüyün altı övladı oldu. Qrinviçdən qayıtdıqdan sonra Yel universitetinə qəbul oldu və 1948 də buradan məzun oldu. Atasının işində işləmək istəmədi, lakin atasının əlaqələri ilə Texasda Zapata Petroleum Corporation (1953) və Zapata Off-Shore Company (1954) kimi şirkətlərin qurucu ortağı oldu.

1959 dan etibarən Hyustonda Respublikaçılar partiyasında vəzifələndi.1964 də senato seçimlərində uğursuz oldu.1966 da Təmsilçilər məclisinə seçildi. Daha sonra bu postu tərk edərək 1970də senaro seçimlərinə qoşuldu və yenə uğursuz oldu.1973 də Buş water scandal ı zamanı Respublikaçı Partiyasının Beynəlxalq Komitəsinin prezidenti oldu. 1980-ci ildə namizədliyini ortaya qoymaq üçün kampaniya başlatsa da sonra Ronald Reyqana dəstək olmaq üçün öz namizədliyindən əl çəkdi.Ronald Reyqan prezident olduğu zaman isə prezident köməkçisi oldu.1984 də ikinci bir dönəm üçün yenidən seçildi. Ronald Reyqan bağırsaq əməliyyatı olduğu üçün ABŞ tarixində qısamüddətli prezidentlik vəzifəsinə yiyələnən ilk prezident katibi oldu.

1988-ci ildə prezident seçkilərində yunan əsilli rəqibi Maykl Dukakis qarşısında 54 faiz səs toplayaraq, 41-ci ABŞ prezidenti oldu.

Prezidentlik dövrü

[redaktə | mənbəni redaktə et]

Buş, Reyqanın izlədiyi siyasi yollarda ciddi bir dəyişikliyə baş vurmadı. SSRİ lideri Qorbaçovla bir neçə dəfə görüşərək qarşılıqlı silahsızlaşma haqqında danışıqlar apardı. 1992-ci ildə Demokratlar Partiyasının namizədi olan Bill Klintona məğlub oldu və siyasətdən birdəfəlik uzaqlaşdı.

Sonrakı illərdə

[redaktə | mənbəni redaktə et]

1993-cü ildə 2-ci Yelizaveta tərəfindən cəngavərlik titulu verildi.1993-ün aprelində Küveytə getdi.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]