Ədalət və İnkişaf Partiyası (türk. Adalet ve Kalkınma Partisi, qısaca AKP[2][3] və ya AK Parti[4][5] kimi də tanınır) — Türkiyədə mövcud olan siyasi partiya. Partiyanın sədri 21 may 2017-dən bəri Rəcəb Tayyib Ərdoğandır.
Ədalət və İnkişaf Partiyası Adalet ve Kalkınma Partisi | |
---|---|
Sədri | Rəcəb Tayyib Ərdoğan |
Qurucu | Rəcəb Tayyib Ərdoğan |
Baş katib | Fatih Şahin |
Quruluş tarixi | 14 avqust 2001 |
Baş qərargah | Ankara, Türkiyə |
İdeologiya |
Ərdoğançılıq Sosial konservatizm Mühafizəkar demokratiya İqtisadi liberalizm Yeni Osmanlıcılıq |
İdeoloji spektr | Sağ |
Müttəfiqlər |
Milliyətçi Hərəkat Partiyası Böyük Birlik Partiyası Hürr Dava Partiyası Demokratik Sol Partiya |
Üzv sayı | ▲ 10.592.023[1] |
Parlamentdə |
266 / 600 |
Bələdiyyədə |
|
Saytı | akparti.org.tr |
Vikianbarda əlaqəli mediafayllar |
Bu altbaşlığı genişləndirmək lazımdır. |
Partiya 14 avqust 2001-ci ildə Rəcəb Tayyib Ərdoğan tərəfindən qurulmuşdur. Partiya 2002, 2007 və 2011-ci ildə keçirilən Parlament seçimlərinin qalibi olmuşdur. Rəcəb Tayyib Ərdoğan, Abdulla Gül, Binəli Yıldırım və Bülənt Arınc partiyanın öndə gələn şəxsləridir. 3 noyabr 2002-ci ildə keçirilən Parlament seçimlərində Ədalət və İnkişaf Partiyası 34,29% səslə birinci seçildi. 550 nəfırlik Milli Məclisdə 365 yer qazandı. 22 iyul 2007-ci il Parlament seçimlərində 46,58% səslə Partiya yenə birinci seçildi. 2007 seçimlərində millət vəkili sayı 22 nəfər azaldı. 12 iyun 2011-ci ildəki seçimlərin qalibi 49,83% səslə ƏİP oldu. Bu dəfə isə millət vəkili sayısı 327 oldu.
Ədalət və İnkişaf Partiyasının emblemi sarı və qara rənglərdən ibarət olan lampadır.