AMEA Nəsimi adına Dilçilik İnstitutu

Nəsimi adına Dilçilik İnstitutuAzərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi təşkilat. İnstitutun hazırkı baş direktoru Nadir Məmmədlidir.[1]

AMEA Nəsimi adına Dilçilik İnstitutu
Loqonun şəkli
Ümumi məlumatlar
Ölkə Azərbaycan Azərbaycan
Tipi elmi-tədqiqat institutu
Yaradılıb 1932
Digər məlumatlar
Direktor Nadir Məmmədli
Ünvan Bakı, H.Cavid prospekti, 115 AZ1073
Sayt dilcilik.az

1932-ci ildə Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun bazasında müstəqil Dil, Ədəbiyyat və İncəsənət İnstitutu, 1936-cı ildə birləşmiş Ədəbiyyat və Dil İnstitutu yaradılmışdır. 1945-ci ildə müstəqil Dilçilik İnstitutu yaradılmışdır. 1951-ci ildə Dilçilik və Ədəbiyyat İnstitutları yenidən birləşdirilmişdir. 1969-cu ilin sentyabrından Dilçilik İnstitutu yenidən müstəqil fəaliyyətə başlamışdır. 1973-cü ildə Dilçilik İnstitutuna görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin adı verilmişdir.

Fəaliyyət istiqamətləri

[redaktə | mənbəni redaktə et]

Azərbaycan dilinin qaynaqları və inkişaf tarixi, Azərbaycan dilinin başqa türk dilləri və qohum olmayan dillərlə müqaisəli-tipoloji tədqiqi, Azərbaycanda yaşayan azsaylı xalqların dillərinin öyrənilməsi, çeşidli lüğətlərin hazırlanması, elmi-texniki terminologiyanın linqvistik məsələləri, nəzəri, tətbiqi dilçilik və onomastika məsələləri.

  • "Azərbaycan dili tarixi", (3 cilddə) fundamental monoqrafiyası;
  • "Azərbaycan dilinin tarixi lüğəti", (2 cilddə);
  • "Azərbaycan dialektoloji lüğəti", (2 cilddə);
  • "Azərbaycan dilinin izahlı lüğəti", (3 cilddə);
  • "Azərbaycan ədəbi dilinin tarixi", (4 cilddə);
  • "Türk dillərinin müqayisəli-tarixi leksikologiyası", (3 cilddə);
  • "Azərbaycan dilinin orfoqrafiya lüğəti" kimi əsərlər nəşr edilmiş və çapa hazırlanmışdır.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]