Anzyus (Australia, New Zealand, United States – ANZUS) – Avstraliya İttifaqı, Yeni Zelandiya və ABŞ-nin daxil olduğu hərbi-siyasi blok. Adı üzv dövlətlərin adlarının ingiliscə yazılışının baş hərflərindən götürülmüşdür. Rəsmən «Təhlükəsizliyə dair Sakit okean paktı» adlanır. Pakt 1951-ci ilin sentyabrında San-Fransiskoda qeyri-məhdud müddətə imzalanmış və 1952-ci ilin aprelində qüvvəyə minmişdir. Anzyusun yaradılması Cənub-Şərqi Asiyada milli azadlıq mübarizəsinin genişlənməsinə, Çində inqilabın qələbəsinə (1949), Koreyada silahlı müdaxilənin iflasına bir növ cavab tədbiri idi. Anzyusun təşkili ABŞ-nin Cənub-Şərqi Asiyada və Sakit okean hövzəsində hərbi-siyasi və iqtisadi təsirini gücləndirdi, blokun yaradılmasında mühüm rolu olan B.Britaniyanın bu rayonda mövqeyini zəiflətdi. Anzyus rəsmən beynəlxalq münasibətlərdə zor işlətməyin əleyhinə olduğunu bildirsə də, əslində həmişə bunun əksinə hərəkət etmişdir. İttifaqın iştirakçısı olan dövlətlər eyni zamanda müxtəlif hərbi-siyasi blokların üzvüdür. 1971-ci ildən ABŞ-nin ÇXR-lə əlaqə yaratması Anzyusun üzvləri arasında ziddiyyətləri kəskinləşdirdi. İctimaiyyətin təzyiqi ilə Avstraliya və Yeni Zelandiya Hind-Çindən öz qoşunlarını və «məsləhətçilərini» geri çağırdı. 80-ci illərdən Yeni Zelandiya blokdan uzaqlaşdı. Rəsmi şəkildə fəaliyyətini dayandırmayan Anzyusun faktiki olaraq ABŞ və Avstraliya arasında ikitərəfli ittifaqa çevrilmişdir.[1]
Anzyus | |
---|---|
İmzalanma tarixi | 1 sentyabr 1951 |
İmzalanma yeri | San-Fransisko |
Qüvvəyə minməsi | Aprel 1952 |
İmzalayanlar | Avstraliya Astraliya İttifaqı, Yeni Zelandiya Yeni Zelandiya, ABŞ ABŞ |
Tərəflər | Con Dalles |
Dili | İngilis |
Vikianbarda əlaqəli mediafayllar |