Abaka

Musa textilis (lat. Musa textilis) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin bromeliyakimilər fəsiləsinin banan cinsinə aid bitki növü.

Abaka
Elmi təsnifat
Beynəlxalq elmi adı

Tropik ölkələrdə lif almaq məqsədilə becərilir. Vətəni Filippin adalarıdır. Abakaya Manila kəndiri (lifi) də deyilir.[1] İspanların lif ixrac etmək məqsədi ilə becərilməsini təşkil etdikləri 1768-ci ildən bəri bu bitki avropalıların həyatına qədəm qoydu. Abakanı ilk olaraq yalnız Filippin becərilirdi, 1920-ci ildən bu yana isə İndoneziya, eləcə də Mərkəzi Amerikada (Kosta-Rika, Honduras) istifadə olunur. Bitkinin lifli hissəsi 18-24 ayda yetişir, bundan sonra lif qabıqdan təmizlənir, günəşdə qurudulur və əlavə emal olunmadan və hətta əyirilmədən istifadə edilə bilər.

  • Musa abaca Perr. nom. inval.
  • Musa amboinensis Miq.
  • Musa mindanaensis Miq.
  • Musa textilis var. amboinensis (Miq.) Baker
  • Musa tikap Warb.
  • Musa troglodytarum var. textoria Blanco
  1. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. 608 səh. ISBN 978-9952-441-02-4.