Abastumani astrofizika rəsədxanası

Abastumani Astrofizika RəsədxanasıGürcüstan Milli Elmlər Akademiyası elmi tədqiqat müəssisəsi. Abastumani qəsəbəsi yaxınlığındakı Kanobili dağındanda yerləşir. Rəsədxana dəniz səviyyəsindən 1650 m yüksəklikdədir. Rəsədxana İli Dövlət Universitetinin tabeçiliyindədir.

Abastumani astrofizika rəsədxanası
Rəsədxana nömrəsi 119
Yerləşir Abastumani, Adigen bələdiyyəsi, Gürcüstan
Hündürlüyü 1.650 m
Teleskoplar
33 sm reflektor - 1932-ci ildə quraşdırılıb, indi GENAO muzeyindədir
40 sm Zeiss refraktoru - 1936-cı ildə quraşdırılıb
44 sm Zeiss Schmidt kamerası - 1940-cı ildə quraşdırılıb
70 sm Maksutov Meniscus teleskopu - 1955
48 sm Cassegrain reflektoru - 1968-ci ildə quraşdırılıb
40 sm Zeiss Double astroqrafı - 1978-ci ildə quraşdırılıb
125 sm Ritchey–Chrétien reflektoru - 1977-ci ildə quraşdırılıb
Abastumani astrofizika rəsədxanası xəritədə
Abastumani astrofizika rəsədxanası
Abastumani astrofizika rəsədxanası
observatory.iliauni.edu.ge
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rəsədxananın rəhbərləri

[redaktə | mənbəni redaktə et]

1932—1992-ci illərdə — Yevqeni Kirilloviç Xaradze. 1992-ci ildən rəsədxananın fəxri direktorudur. 1992 — 1 may 2006-cı il —Rolan İliç Kiladze. 1 may 2006-cı ildən — Georqi Cavaxişvili.

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

SSRİ-də ilk yüksək dağ astrofizika rəsədxanası kimi 1932-ci ildə yaradılmışdır. İlk öncə rəsədxana Abastumani qəsəbəsində fəaliyyət göstərmiş. Beş il sonra rəsədxana Kiçik Qafqazın Kanobili dağına ( 1650 m) köçürülmüş. Bu ərazi özünün açıq səması və sabit atmosferi ilə fərqlənirdi. Hələ 1892-ci ildə Abas-Tuman qəsəbəsində Rusiyanın ilk dağ rəsədxanası mövcud idi. Müvəqqəti fəaliyyət göstərən bu rəsdana Peterburq universitetinə məxsus idi.[1] Rəsədxanada olan 9 düymlük refraktorun köməyi ilə professor Sergey Qlazenap ikili ulduz sistemi müşahidə etmiş və araşdırmışdır.[2] 1893-cü ildə ikili ulduz sitemlərinin amerikalı araşdırıcısı Şerbern Uesli yazmışdır ki, Qlazenapın ikili ulıduz sistemini müşahidə etməsi onu göstərir ki, Abastumani astronomik müşahidələr üçün ən əlverişli ərazilərdən biridir.

Əsas alətləri: 1,25 m-lik reflektor, 70 sm-lik meniskli teleskop, ikili 40 sm-lik astroqraf, 40 sm-lik refraktor, 52 sm-lik koronoqraf, ala toran və gecə səmasını öyrənmək üçün cihazlar kompleksi və s. Tədqiqatlarının əsas istiqamətləri: qalaktikaların quruluş və təkamülünün, GünəşGünəş sisteminin, Günəş–Yer əlaqələrinin, Yerin üst atmosferinin quruluşunun öyrənilməsi, həmçinin astronomiyanın tarixi. 1937-ci ildən “Bül leten” nəşr edir. 2000-ci ildə rəsədxanada plazma astrofizikası mərkəzi yaradılmışdır.

Maraqlı məlumatlar

[redaktə | mənbəni redaktə et]

33-sm-lik reflektor — ilk sovet teleskopu olmuş (1932 год) və ilk sovet fotometri idi (1937).[3] АЗТ-11 ilk avtomatlaşdırılmış və kompüter idarə etməsinə malik olan teleskop idi. Bu həm də SSRİ-də ilk Riçi-Kriena optik sistemə malik teleskop idi (1977).

  1. Абас-Туман // Малый энциклопедический словарь Брокгауза и Ефрона : в 4 т. — СПб., 1907—1909.
  2. Дореволюционный Абастумани[ölü keçid]
  3. "Про первый советский телескоп". 2010-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-30.