Abbas Fallax

Abbas Fallax (fars. عباس فلاح‎; ana. 3 sentyabr 1976) — Orta çəki dərəcəsində İranı beynəlxalq yarışlarda təmsil edən cüdoçu. Fallax İran yığmasının tərkibində 2000-ci illərin bütün dövrlərində iştirak etmişdir. Afinada keçirilən Yay Olimpiya Oyunlarının iştirakçısı, Asiya Oyunlarının bürünc medalının sahibi, Asiya Çempionatlarının dörd dəfə bürünc mükafatçısı, milli və beynəlxalq turnirlərin bir çox yarışlarının qalibidir.

Abbas Fallax
Şəxsi məlumatlar
Tam adı Abbas Fallax
Vətəndaşlığı İran İran
Doğum tarixi (48 yaş)
Boyu 180 sm
Çəkisi 100 kq
İdman növü Cüdo
Medallar
15 noyabr 2016 tarixində yenilənib.

Abbas Fallax 3 sentyabr 1976-cı ildə anadan olmuşdur. İlk dəfə 2000-ci il mövsümündə turnirlərdə iştirak etməyə başlamışdır. Orta çəki dərəcəsində Budapeştdə keçirilən Sülh Kuboku turnirində ilk dəfə çıxış etdi. Yaponiyanın Osaka şəhərində keçirilən Asiya Çempionatında yeddinci yeri tutdu.[1]

Böyük beynəlxalq turnirlərdə birinci ciddi uğuruna 2001-ci ildə nail olmuşdur. Sonra İran milli yığmasının əsas tərkibinə düşdü və Ulan-Batorda keçirilən Asiya birinciliyində iştirak etdi. Orta çəki dərəcəsində ölkəsinə iki bürünc medal qazandırdı. Bu halda Münhendə keçirilən Dünya birinciliyinə vəsiqə qazandı. 1/8 final mərhələsində yarışı dayandırdı və mükafatçıların sırasına düşə bilmədi. Bir il sonra Busanda keçirilən Asiya Oyunlarında bürünc medal qazandı. Serbiyanın Novi-Sad şəhərində keçirilən Tələbələrin Dünya Çempionatında çempion oldu. Bir il sonra Koreyanın Jeju şəhərində keçirilən Asiya Çempionatında iştirak etdi və beşinci oldu. Osakada Dünya Çempionatında 1/16 finala qədər çaat bildi.

Almatıda keçirilən Asiya Çempionatında 2004-cü ildə Fallax kolleksiyasına orta və mütləq çəki dərəcəsində qazanılmış iki bürünc medalı əlavə etdi. Həmçinin Moskvada Tələbələrin Dünya Çempionatında çempion oldu. ParisdəHamburqda Sülh Superkubokunda hesabat turnirində iştirak etdi. Uğurlu çıxışların sayəsində 2004-cü ildə Afinada keçirilən Yay Olimpiya Oyunlarında ölkəsinin şərəfini qorumaq hüququnu əldə etdi. Ancaq ilk düyüşdə kanadalı Kit Morqana ipponla məğlub oldu. Morqan 1995-ci ildə Panamerika oyunlarının qalibi olmuşdur. Bununla da Fallax mükafatçıların sırasına düşə bilmədi.

Abbas Fallax Afina Olimpiadasından sonra qısa bir müddət ərzində İran komandasının cüdo yığmasının əsas tərkibində qalırdı və ən böyük beynəlxalq yarışlarında iştirak etməyə davam edirdi. Belə ki, Fallax 2005-ci ildə öz çəki dərəcəsində Qahirədə keçirilən Dünya birinciliyində beşinci yeri tutdu. 1/16 final mərhələsində Belarus nümayəndəsi Yuriy Ribaka məğlub oldu. Növbəti ildə Sarayevoda açıq yarışda qələbə qazandı və Dohada keçirilən Asiya Oyunlarında iştirak etdi. Üçüncü yer uğrunda döyüşdə qazax Asxat Jitkeyevə məğlub oldu. Axırıncı dəfə mövsümdə beynəlxalq səhnədə əhəmiyyətli nəticələri 2007-ci ildə göstərdi. Küveytdə keçirilən Asiya Çempionatında yarımfinala çatdı. Bürünc medal uğrunda oyunda məğlub oldu və nəticədə beşinci yeri tutdu. Yarışın sonunda peşəkar idmançı karyerasını başa vurduğunu açıqladı.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]