Abbas Zəryab (13 avqust 1919, Xoy – 3 fevral 1995, Tehran) — Azərbaycan əsilli tarixçi, tərcüməçi, ədəbiyyat professoru və İranoloq. O, bir neçə kitabın müəllifidir. Onun həmçinin Məhəmmədin həyatı və digər mövzular barədə İran ensiklopediyasında məqalələri nəşr edilmişdir. Bu ensiklopediyaya bəzən İranika da deyilir.[1][2]
Abbas Zəryab | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Xoy |
Vəfat tarixi | (75 yaşında) |
Vəfat yeri | Tehran |
Dəfn yeri | |
Vətəndaşlığı | İran |
Elm sahələri |
Tarix Tərcümə Ədəbiyyat |
Elmi adı | Tehran Universiteti Ədəbiyyat bölməsinin rəhbəri |
İş yeri | |
Təhsili |
Tehran Universiteti Mayns Universiteti |
Tanınır |
Tarixçi Ədəbiyyatçı Tərcüməçi |
Vikianbarda əlaqəli mediafayllar |
Abbas Zəryab 1919-cu ilin 13 avqustunda Xoy şəhərində anadan olmuşdur.
Orta məktəbə doğulduğu yerdə getmişdir. Orta məktəbdə istedadına görə seçilən Abbas Zəryab məktəbi bitirdikdən sonra Almaniyada ali təhsil almaq üçün təqaüd qazanmışdır. O, doktorantura təhsilini Mayns Universitetinin Tarix kafedrasında almışdır. Onun elmi işinin mövzusu Əmir Teymurun xələflərinin hakimiyyəti dövrü olmuşdur. O, bu dövrü Rarix-i-Kəbir Cəfəri əsəri əsasında tədqiq etmişdir.
Abbas Zəryab Azərbaycan, ərəb, fars dilləri ilə yanaşı alman, ingilis və fransız dillərini də bilirdi.
O, İranda Konqres kitabxanasının və Tehran Universitetinin Ədəbiyya kafedrasının rəhbəri olmuşdur.
1962–1964-cü illərdə professor Valter Bruno Henninqin dəvəti ilə Berkli Kaliforniya Universitetində fars dilini və ədəbiyyatını tədris etmişdir. Onu universitetdə daimi olaraq saxlamaq istəsələr də, Abbas Zəryab vətənində yaşamaq istəməsinə görə geri dönmüş və Tehran Universitetində çalışmağa başlamışdır.
Onun yazılarına Franklin Leviz, Carlz Melvill, Maykl Vickens, Xuan Kol, Kamran Ekbal, Lutz Rixter-Bernburq, Jozef van Ess kimi tarixçilər tərəfindən istinadlar verilmişdir.[3] Charles Melville,[4][5][6][7][8][9][10]
İran ensiklopediyasında dərc edilənlər:
ĀḠĀJĪ BOḴĀRĪ[11]
ĀḠĀJĪ[12]
BOKAYR B. MĀHĀN
Chobanids
EDUCATION v. THE MADRASA IN SHI'ITE PERSIA
IRAQ — FROM THE MONGOLS TO THE SAFAVIDS
Bukayr B. Maham Marvazi
Digərləri:
Der Bericht über die Nachfolger Timurs aus dem Ta'rīḫ-i kabīr des Ğa'farī ibn Muḥammad al-Ḥusainī
Fakhr Razi und die Frage des Seins
Ein Wiederaufgefundnes Werk Abu Hayyan al-Tanhidis
Struggle of Religious sects in the Ilkhanid Court
Farsca
Abbas Zəryab farsca 100-dən çox məqalə nəşr etdirmişdir.