Abdul Həmidulla oğlu Qəhrəmanzadə (5 aprel 1946, Göyçay) — Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) eksperti, texnika elmləri namizədi, Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika Institutunda aparıcı elmi işçisi, Azərbaycanda İKT-nin İnkişaf Strategiyası Layihəsi üzrə milli ekspert.[1]
Abdul Qəhrəmanzadə | |
---|---|
15 iyun 1992 – 17 iyul 1992 | |
Əvvəlki | Şamil Musayev |
Sonrakı | Siruz Abasbəyli |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 5 aprel 1946 (78 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | alim |
Abdul Həmidulla oğlu Qəhrəmanzadə 5 aprel, 1946-cı ildə Azərbaycanın Göyçay şəhərində anadan olmuşdur. Bu ailə Göyçay rayonun Bığır kəndində ən böyük sülalələrindən sayılan Şərifli nəslinə aiddir.
A. Qəhrəmanzadə 1965-ci ildə Göyçay şəhərində 3 saylı rusdilli orta məktəbi gümüş medalla bitirmiş, həmin il Azərbaycan Politexnik Institutuna daxil olmuş və 1971-ci ildə telekommunikasiya mühəndisi kimi buranı bitirmişdir.[1]
O 1966-cı ildən başlayaraq Azərbaycan Respublikası Rabitə Nazirliyi Bakı Poçiamt Istehsalat Laboratoriyasında texnik, böyük texnik, sonralar isə böyük mühəndis – elektromexanik vəzifələrində çalışmışdır.
A. Qəhrəmanzadə 1969-cu ildə öz ixtisasına dərindən yiyələnmək məqsədilə Oktyabr Telefon Qovşağına (OTQ) elektromontyor vəzifəsinə keçirilir, sonradan elektromexanik, ATS-2-də böyük elektromexanik, 1970-ci ilin oktyabrından isə ATS-37-də mühəndis vəzifələrində çalışır. 1971-ci ilin noyabr aylarında o keçmiş Sovetlər İttifaqının ordu sıralarında bir illik hərbi xidmət keçmişdir.
1972-ci il noyabrın 16-dan yenidən Azərbaycan Rabitə Nazirliyi sisteminə Elmi-Texniki Informasiya (ETI) mühəndisi, Rabitə Nazirliyinin Texniki Şöbəsində böyük mühəndis və 1973-cü ilin avqust ayından isə Rabitə Nazirliyinin Şəhər Telefon Şəbəkəsi (ŞTŞ) şöbəsinin rəisi vəzifəsində çalışmışdır. Elə buradan o, Leninqrad Elektrotexniki Rabitə Institutunun məqsədli qiyabi aspiranturasına daxil olur.
1974-cü ilin noyabr ayında aspiranturanın əyani şöbəsinə keçir, 1977-ci ilin iyul ayından isə aspiranturanı başa vurması ilə əlaqədar olaraq Bakı Rabitə Elektrotexnikumuna şöbə müdiri vəzifəsinə göndərilir.
1978-ci ilin noyabr ayında o, göndərişlə Azərbaycan Politexnik Institutunun (AzPI) "Elektrik rabitəsi" kafedrasına assistent vəzifəsinə qəbul edilir.
A. Qəhrəmanzadə 1980-ci ildə texnika elmləri namizədi alimlik dərəcəsini almaq üçün dissertasiya müdafiə edir və 11 mart 1981-ci ildə texnika elmləri namizədi dərəcəsi diplomunu alır.
1981-ci ilin sentyabr ayında o, Təhsil Nazirliyi xətti ilə Böyük Britaniyanın Birmingem şəhərinin Aston Universitetində bir illik elmi təcrübə keçir. 1983-cü ilin aprel ayında o, AzPI-nin "Elektrik rabitəsi" kafedrasına dosent vəzifəsinə seçilir və həmin ildə də Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Telekommuniasiya İttifaqının (ITU) eksperti təsdiq olunur.
1984-cü ilin okytabr ayında o, Azərbaycan Politexnik Institutunun Həmkarlar Komitəsinin sədri seçilir. 1984-cü ilin noyabr ayında ona "Elektrik rabitəsi" kafedrası üzrə dosent elmi adı verilir.
1985/86-cı illərdə o, BMT-nin Beynəlxalq Telekommuniasiya İttifaqının (ITU) eksperti kimi Əfqanıstanın Telekommunikasiya inkişaf Layihəsində iştirak etmişdir. 1986-cı ilin noyabr ayında o, Moskvada BMT-nin "Course Development of Telecommunication" kurslarını keçir – "CoDevTel". 1992-ci il iyunun 15-dən Azərbaycan Respublikasının Prezidentinin 15.06.92-ci il tarixli 844 saylı əmri ilə o, Azərbaycan Respublikasının rabitə naziri təyin edilir və 17.07.92-ci ildə isə başqa işə keçməsi ilə əlaqədar olaraq həmin vəzifədən azad olunur. 1992/93-cü illərdə o, Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) eksperti kimi Liviyanın (Procect- LIB- 88/007) və Pakistanın (Project – PAK – 88/002) inkişaf layihələrində iştirak etmişdir. 1998-ci ilin mart-dekabr aylarında o, TACIC proqramı çərçivəsində Bakı şəhərində Azərbaycan Telekommunikasiya Tədris Mərkəzinin yaradılmasında (Project – TNAZ 9601) elmi rəhbər olmuşdur. 2002-ci ildə Azərbaycanda IKT-nin Inkişaf Strategiyası Layihəsi – NICTS (Project – AZE/01/003) üzrə milli ekspert seçilmişdir. 2002-ci ilin sentyabr ayından Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutunda aparıcı elmi işçi vəzifəsində çalışır.
A. Q. Qəhrəmanzadə 100-dən çox elmi işlərin, o cümlədən 10 metodik göstərişin, 5 dərs vəsaitinin və 7 monoqrafiyanın müəllifidir.
A. Q. Qəhrəmanzadə evlidir, iki uşağı var.[1]