Siruz Hüseyn oğlu Abasbəyli — Azərbaycan Respublikasının rabitə naziri (1992–1997), Beynəlxalq Rabitə Akademiyasının Azərbaycan filialının prezidenti, Rabitə və İnformasiya Texnologoyaları İctimai Birliyinin sədri, akademik.[1]
Siruz Abasbəyli | |
---|---|
17 iyul 1992 – 16 iyul 1997 | |
Əvvəlki | Abdul Qəhrəmanzadə |
Sonrakı | Nadir Əhmədov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 30 yanvar 1946 (78 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | dövlət qulluqçusu |
|
|
Təltifləri |
|
Siruz Abasbəyli 1962-ci ildə Bakı Rabitə Texnikumunun Avtomatik telefon rabitəsi fakültəsinə qəbul olub.[2]
1965-ci ildə ATS-də ilk əmək fəaliyyətinə başlamışdır. İlk dəfə onu "Azqosproyekt" institutunun ATS-nə montyor göndəriblər. Bir ildən sonra "Qiproazneft" institutunun ATS-nə texnik təyin olunub. 1968-ci ildən müxtəlif ATS-lərdə mühəndis işləməyə başlamışdır.
50-dən çox səmərəşdirici təklifləri və ixtiraları qeydiyatdan keçib.
1970-ci ildə V. İ. Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar Yubiley medalı və SSRİ Sosialist Yarışının 9-cu Beşilliyinin əlaçısı döş nişanı ilə təltif edilib. Həmin ildə SSRİ-i Xalq Təssərufatı Nailiyyətləri Sərgisinin qızıl medalını alıb.
Siruz Abasbəyli Mərkəzi Komitədə 1990-cı ilə qədər işləmişdir.
16 iyul 1997-ci ildə Azərbaycan Respublikasının rabitə naziri vəzifəsindən azad edilmişdir.[3]
"İlk məhəbbət", "Xoşbəxtəm", "Ulduzum", "İçərişəhər", "Tanıdım səni" mahnılarının və bir neçə lirik musiqinin müəllifidir. Xüsusilə Nisə Qasımovanın ifa etdiyi "Son zəng" mahnısı populyarlıq qazanıb.