Teymur Hüseynov (nazir)

Teymur Qulu oğlu Hüseynov — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR rabitə naziri (1955–1969).

Teymur Hüseynov
bayraq
Azərbaycan SSR rabitə naziri
bayraq2
9 fevral 1955 – 17 mart 1969
Əvvəlkivəzifə təsis edilib
SonrakıNəsrulla Nəsrullayev
Şəxsi məlumatlar
Doğum tarixi
Vəfat tarixi ?
Partiya ÜİK(b)P (1941)

Təltifləri "Azərbaycan SSR əməkdar mühəndisi" fəxri adı

Teymur Qulu oğlu Hüseynov 1910-cu ildə fəhlə ailəsində anadan olmuşdur. 1927-ci ildən Daşkənd şəhərində radio montyoru, radio texniki olmuş, Leninqrad Elektrotexnika Rabitə İnstitutunda təhsil almışdır. 1938–1944-cü illərdə Türkmənistan SSR-in rabitə orqanlarında rəhbər vəzifələrdə çalışmışdır.[1]

Teymur Hüseynov 1945-ci ildən Bakı radio verilişləri və radio rabitəsi müdiriyyətinin direktoru, SSRİ Rabitə Nazirliyinin Azərbaycan SSR üzrə müvəkkilinin müavini və müvəkkili işləmişdir.[1] 1955-ci ildən Azərbaycan SSR rabitə naziri olmuşdur.[2]

Teymur Hüseynov 1960-cı ildən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvlüyünə namizəd olmuş[2]Azərbaycan SSR Ali Sovetinin deputatı (6–7-ci çağırış) seçilmişdir. Ona "Azərbaycan SSR əməkdar mühəndisi" fəxri adı verilmişdir.[1]

  1. 1 2 3 Һүсејнов Тејмур Гулијевич // Азәрбајҹан ССР Али Советинин депутатлары. Једдинҹи чағырыш. Бакы: Азәрбајҹан ССР Али Советинин нәшри. 1968. С. 364.
  2. 1 2 Guseynov, Teymur Kulievich // Prominent personalities in the USSR (ingilis). Metuchen, New Jersey: Scarecrow Press. 1968. səh. 210.