Abdolbari Gozal (23 avqust 1949, Maku, Qərbi Azərbaycan ostanı) — iş adamı, Azersun Holdinqin Müşahidə Şurasının sədri.
Abdolbari Gozal | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 23 avqust 1949 (74 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | iş adamı |
|
|
Təltifləri |
Abdolbari Gozal 23 avqust 1949-cu ildə İranın Maku şəhərində, Cəlali qəbiləsindən Rza ağanın ailəsində[1] dünyaya gəlib. Daha sonradan isə buradan Türkiyənin Muş əyalətində yaşayan nənəsinin yanına köçmüşdür. O 1956–1961-ci illərdə ibtidai təhsilini Türkiyədə başa vurduqdan sonra, 1962–1965-ci illərdə orta təhsilini İranda tamamlamışdır.
Gənc yaşlarından atasının yanında topdan qida və ərzaq (düyü, yağ, çay) ticarəti və satışı ilə məşğul olmuşdur. 1968-ci ildə ticarət həcmini böyüdərək, həmin tarixdə illik həcmi 50–60 milyon dollara çatdırmışdır.
1981-ci ildə baş verən İran İslam inqilabından sonra Türkiyənin Ankara şəhərinə keçmiş və buradan İsveçrəyə getməyi planlaşdırmışdır. Lakin o vaxtlar baş nazir müavini, daha sonra Prezident olan rəhmətlik Turqut Özalın israrlı məsləhətindən sonra Türkiyədə qalmış və Ankarada "Etsun A. Ş." şirkətini qurmuşdur.
1992-ci ilə qədər BƏƏ, Türkiyə, İran, İraq, Suriya, İordaniya kimi ölkələrdə müxtəlif şirkətlər yaradaraq iş fəaliyyətini birləşdirməyi planlaşdırırdı. Bu şirkətləri birləşdirmək və onlar arasındakı əlaqəni təmin etmək üçün Abdulbari Gözəl 1994-cü ildə Dubayda "İntersun Holding" adlı şirkətlər qrupunu yaratmışdır.
1992-ci ildən etibarən Azərbaycan və Gürcüstanda rəsmi şirkətinin şöbəsini qurmuşdur.[2] 1994-cü ildə Azərbaycanın sənayesinin inkişaf etdirilməsində öncül olmuşdur, ölkənin inkişaf proqramı ilə paralel işsizliyin aradan qaldırılması məqsədilə aşağıdakı sənaye müəssisələri üzrə fabriklər qurulmuşdur. Yağ və marqarin fabriki, 4 konserv fabriki, 600 000 ton həcmə malik şəkər zavodu, makulaturanı təkrar emal edən illik istehsalı 100 min ton olan kağız sənayesi, çay plantasiyası və paketləmə fabriki, 4 000 hektar ərazidə modern pivot suvarma müəssisələri, Amerikanın EX-İM bankı ilə əməkdaşlıq nəticəsində nümunəvi bir ferma yaradılmışdır. Eləcə də İnşaat (Land Development), Bank və Sığorta sahələrində ortaqlıq kimi iş fəaliyyətləri ilə ölkənin iqtisadiyyatına əhəmiyyətli dərəcədə töhfələr vermişdir. 1994-cü illərdə Azərbaycanda sənayenin inkişafına özünəməxsus töhfələr vermişdir.[3][4]
Qida sahəsindən başqa Abdulbari Gozal 1980-ci ildə İran və Türkiyədə neft ticarətinə başladı. 2002-ci ildən etibarən isə bu fəaliyyət Bakıda neft terminalı və Dübəndi neft terminalı vasitəsiylə Xəzər neftinin Gürcüstana daşınmasından ibarətdir. Hal-hazırda isə İsveçrə və Dubayda neft və neft məhsullarının ticarəti ilə məşğul olan şirkətlərə sahibdir.
Bununla əlaqədar olaraq, hazırda Dubay, İsveçrə, Türkiyə, Azərbaycan, Gürcüstan, Rusiya, İraq, Əfqanıstanda İntersun Holding-in himayəsi altında 14 ayrı-ayrı milliyətə sahib insanlar bir ailə kimi işləməkdədir. Daimi işçilərin ümumi sayı 7000, fabriklərdə mövsümi olaraq işləyənlərin sayı isə 10 000-dir.
Azersun Holding-də onun Bakıda yaratdığı şirkətlərdən biridir. Şirkət 1997-ci ildə yaradılıb və hazırda demək olar ki, 2500–3000-ə yaxın işçiyə sahibdir.[5]
2003
Abdolbari Gozal – "Euromarket Award" mükafatına layiq görülüb.
2004
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev "Azərsun Holdinq" Şirkətlər Qrupunun Müşahidə Şurasının sədri Abdolbari Gozalı "Tərəqqi" medalı ilə təltif edib.
2006
Abdolbari Gozal – "Yeni Azerbaycan Yardımlaşama ve Kültür Derneği"nin prezidenti Əflatun Nemətzadə tərəfindən "Türk Dünyasına Xidmət" mükafatı ilə təltif edilib.
2009
Avropa Biznes Assambleyasının ən mötəbər mükafatı "Queen Victoria Commemorative Medal" (Kraliça Viktoriya Xatirə Medalı) biznesdə əldə etdiyi nailiyyətlərə görə şəxsən Abdolbari Gozala təqdim edilib.
2009
Abdolbari Gozal – Azərbaycan və Gürcüstan arasındakı ticarət dövriyyəsinin artırılmasındakı töhfələrinə və regionda həyata keçirdiyi böyük iqtisadi layihələrə görə Gürcüstanın "Şərəf" ordeni ilə təltif edilib.
2010
Abdolbari Gozal – Avropa Biznes Assambleyası tərəfindən təsis olunmuş Beynəlxalq "Sokrat" mükafatı ilə təltif edilib.
2011
Abdolbari Gozal – Azərbaycan-Amerika Ticarət Palatası tərəfindən "Hacı Zeynalabdin Tağıyev" mükafatı ilə təltif edilib.
2011
Abdolbari Gozal – Kuban Universitetinin Təhsil Şurasının qərarı ilə Kuban Dövlət Aqrar Universitetinin fəxri doktoru adına layiq görülüb və bunun rəmzi nişanəsi olaraq ona doktorluq mantiyası və fəxri diplom təqdim edilib.[6]
2015
Abdolbari Gozal – Rusiya Federasiyasının Kənd təsərrüfatı naziri Aleksandr Tkaçov tərəfindən "Krasnodar vilayətinin inkişafına verdiyi mühüm töhfəyə görə" III dərəcəli qızıl medal və "Krasnodarın kənd təsərrüfatının inkişafına verdiyi töhfəyə görə" təşəkkürnamə ilə təltif edilib.
2015
Abdolbari Gozal – Dövlət Sərhəd Xidmətinə verdiyi dəstəyə görə Sərhəd Qoşunlarının komandanı Elçin Quliyev tərəfindən təşəkkürnamə plaketi və DSX-nin Ali medalı ilə təltif edilib.
2016
Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə bir qrup şəxsin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilmişdir.[7][8]