Abdulhakim İsmayılov

Abdulhakim İsaxoviç İsmayılov (rus. Абдулхаким Исакович Исмаилов, qum. Абдулгьаким Исакъны уланы Исмайиланы; 1 iyul 1916, Yaxsay, Xasavyurd rayonu17 fevral 2010[1], Xasavyurd, Dağıstan) — Böyük Vətən Müharibəsi zamanı Berlinin alınmasını simvolizə edən qırmızı bayrağı Reyxstaqa sancmış şəxs.

Abdulhakim İsmayılov
qum. Исмайиланы Абдулгьаким Исакъны уланы
Şəxsi məlumatlar
Doğum tarixi 1 iyul 1916(1916-07-01)
Doğum yeri
Vəfat tarixi 17 fevral 2010(2010-02-17)[1] (93 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Mənsubiyyəti Sovet Sosialist Respublikaları İttifaqı
Qoşun növü Qızıl Ordu, piyada
Rütbəsi Kiçik gizir
Döyüşlər
Təltifləri Rusiya Federasiyasının Qəhrəmanı
"Qırmızı bayraq" ordeni 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni SSRİ-nin 3-cü dərəcəli "Şöhrət" ordeni "Jukov" medalı "İgidliyə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 50 illiyi" yubiley medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 60 illiyi" yubiley medalı "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı "1941–1945-ci illərdə Böyük Vətən müharibəsində qələbənin 20 illik yubileyi" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illiyi" yubiley medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi" yubiley medalı "Berlinin alınmasına görə" medalı "Varşavanın azad edilməsinə görə" medalı "SSRİ Silahlı Qüvvələrinin 50 illiyi" yubiley medalı "SSRİ Silahlı Qüvvələrinin 60 illiyi" yubiley medalı "SSRİ Silahlı Qüvvələrinin 70 illiyi" yubiley medalı

Ömrünün sonuna qədər Dağıstanda – doğma kəndi Xasavyurtda yaşamış veteran müharibə dövründə 1-ci Belarus cəbhəsinin 8-ci qvardiyasının 83-cü atıcı kəşfiyyat rotasında qulluq edib.

Təqdim olunan şəkildə Reyxstaqa bayrağı məhz İsmayılovun sancdığı 1990-cı ildə üzə çıxıb. O zaman fotoqrafçı Yevgeni Haldey tərəfindən çəkilmiş bu fotonun sirrinin açılmasından sonra İsmayılova Rusiya Qəhrəmanı adı verilib.

Bayraq sancılan zaman İsmayılovun yanındakı 2 şəxsdən biri, kiyevli Aleksey Kovalyov 1997-ci ildə dünyasını dəyişib. Digər şəxs isə Minskdən olan Leonid Qoriçevdir. O, döyüşlər zamanı aldığı yara üzündən müharibə bitdikdən bir müddət sonra ölüb.

Abdulhakim İsmayılov 2010-cu ildə 93 yaşında vəfat edib.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]