Abdulla xan (Xivə xanı)

Abdulla xan(? - 1855)—Qonquratlar sülaləsindən Xivə xanı.

Abdulla xan
1855 – 1855
ƏvvəlkiMəhəmmədəmin xan
SonrakıQutluq Murad xan
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Xivə, Xivə xanlığı
Vəfat tarixi
Vəfat yeri Xivə, Xivə xanlığı
Vəfat səbəbi döyüşdə ölüm
Atası Məhəmmədəmin xan
Dini Sünni İslam

Məhəmmədəmin xanın yerinə keçən Abdullah xan (Mart-sentyabr 1855) yeni bir ordu ilə türkmənlər üzərinə yürüdüysə də aparılan savaşda yenilərək öldürüldü və Xivə xanlığı türkmənlər üzərindəki hakimiyətini itirdi.

Xivə xanlarının Türkmənlərlə uğraşmasından faydalanan ruslar Cənubi Qazaxıstan torpaqlarını işğal edərək Aral gölünün şimal sahilinə qədər endilər. XivəKokand xanlıqlarının etirazlarına baxmayaraq Aralın şimal sahillərində və Sırdəryanın eyni gölə töküldüyü yerdə qalalar inşa etdiler. Bu arada polkovnik İqnatiyev ilə şərqşünas Nikolay Xanıkov başçılığında bir heyəti Orta Asiyaya göndərən ruslar buradakı ölkələrin əsgəri və iqtisadi quruluşu haqqında bilgi topladılar. İqnatiyev ilə N. Xanıkov Rusiya hökumətinə öncə Kokandın, ardından Buxara ilə Xivənin işğalını tövsiyə etdilər. Bir yandan Orta Asiya Türk dövlətləri, Osmanlı dövlətinin birlik və bərabərlik tövsiyəsinə baxmayaraq bir-birləriylə sürəkli mücadilə içində olurdular. Buxara ilə Xivənin Mərv bölgəsi hakimiyəti üzündən etdikləri mücadilənin ardından bu dəfə Buxara ilə Kokand arasında mübarizə başladı.