Aral gölü

Aral dənizi və ya Aral gölü (qaz. Арал теңізі, özb. Orol dengizi, Орол денгизи, qaraq. Aral ten'izi, Арал теңизи)— Mərkəzi Asiyada, QazaxıstanÖzbəkistan sərhədində, Turan ovalığında axarsız şor göl. XX əsrin 60-cı illərindən dənizin əsas qida mənbəyi AmudəryaSırdərya çayları suyunun kənd təsərrüfatı ehtiyaclarına daha çox işlədilməsi nəticəsində Aral dənizinin səviyyəsi intensiv surətdə aşağı düşməyə başlamışdır. Artıq 200 ilədək səviyyə 19 m aşağı düşmüş, səthinin sah. 24,4 min km2 -ə, həcmi 175 km3-ə, duzluluğu 46–59%-ə çatmış, sahil xətti onlarla km geriyə çəkilmişdir. AmudəryaSırdərya çaylarının suyu bəzi illərdə Aral dənizinə gəlib çatmır. 1989-cu ildə dəniz iki hissəyə parçalandı — Şimali (Kiçik), Cənubi (Böyük) Aral dənizi. Aral dənizinin şimal sahilləri bəzi yerlərdə hündür, bəzi yerlərdə alçaq, şərq sahilləri qumluqdur; cənub sahilini, əsasən, Amudəryanın deltası, qərb sahilini Üstyurd platosunun uçurumu (hünd. 250 m-dək) tutur. Aral dənizində çoxlu sayda ada var. Ən böyükləri Kokaral, BarsakelmesVozrojdeniyedir. İqlimi kontinentaldır. Havanın orta temperaturu yayda 24–26 °C, qışda–7-dən –13,5-°C-yə qədərdir. Suyun səthində temperatur yayda 28–30 °C, qışda 0°C-dən aşağıdır. İllik yağıntı 110–150 mm-dir. Axınlar saat əqrəbi istiqamətindədir. Aral dənizi balıqçılıq təsərrüfatını və nəqliyyat əhəmiyyətini itirmiş, ekoloji fəlakət zonasına çevrilmişdir. Dənizin qurumasının qarşısını almaq, faunaflorasını bərpa etmək üçün elmi cəhətdən əsaslandırılmış yollar axtarılır.[1]

özb. Orol dengizi, qaz. Арал теңізі, qaraq. Aral teńizi
Ümumi məlumatlar
Mütləq hündürlüyü 31 m
Eni 284 km
Uzunluğu
  • 428 km
Sahəsi
  • 8.303 km² (avqust 2015)
Dərin yeri 42 m, 8,7 m
Yerləşməsi
45° şm. e. 60° ş. u.HGYO
Ölkə
özb. Orol dengizi, qaz. Арал теңізі, qaraq. Aral teńizi xəritədə
özb. Orol dengizi, qaz. Арал теңізі, qaraq. Aral teńizi
özb. Orol dengizi, qaz. Арал теңізі, qaraq. Aral teńizi
Aral (Qazaxıstan)
Aral
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Aral dənizinin səviyyəsinin aşağı enməsi 1960–2010-cu illər.
  1. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 587. ISBN 978-9952-441-02-4.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]