Abdullah Öcalanın milliyətçiliyi — Abdullah Öcalanın milliyətçiliklə bağlı fikirləri. O, əvvəlcə kürd milliyətçisi olsa da, sonda ondan uzaqlaşmışdır.
Öcalan 1978-ci ildə PKK-nı təsis edən zaman onun orijinal ideologiyası marksizm–leninizmlə qarışmış kürd milliyətçiliyi idi.[1][2] Öcalan 1999-cu ildə həbs olunduğu zaman milli dövlət, eləcə də dövlət sosializmi ideyasından imtina etmişdir.[3] Öcalan milliyətçiliyə qarşı çıxan anarxist, libertarian sosialist, bələdiyyəçi və envayromentalist ideoloq Mürrey Bukçinin təlimlərindən çox ilham almışdır.[4][5][6][7]
Həbsindən sonra Öcalan demokratik konfederalizm ideologiyasını yaratmışdır. Bu, libertarian sosializmin kürd dövləti deyil, muxtar, demokratik və mərkəzləşdirilməmiş bir cəmiyyət yaratmağı hədəfləyən bir forması idi. O, demokratik konfederalizmin təkcə kürdlər üçün olmadığını, həm də Yaxın Şərqdə və dünyada avtoritarizm, sistematik təzyiq, etnik münaqişələr və ya dini zorakılıqdan qaynaqlanan bütün problemlərin həlli olduğunu iddia etmişdir.[8][9][10][11] Demokratik konfederalizm etnik, dini, mədəni və siyasi multikulturalizmi müdafiə edir.[12][13] Öcalan ideologiyanı milli dövlətlər və onlarda yaşayan azlıqlardan yaranan separatçı qarşıdurmalara alternativ olaraq yaratmışdır.[14] Öcalan əvvəlcə milliyətçilikdən uzaqlaşmışdır, lakin demokratik konfederalizm ideologiyasını yaratdıqdan sonra ona qəti şəkildə qarşı çıxmağa başlamış, bunu hamıya anti-milliyətçi, çoxmillətli, beynəlmiləlçi siyasi sistem və hərəkat kimi təqdim etmişdir.[15][16][17]
Öcalanın milliyətçiliyi rədd etməsi PKK ilə digər kürd qrupları arasında qarşıdurmanın səbəblərindən birinə çevrilmişdir.[18]