Abhidhammapitaka (hərfi mənada – "ali təlim səbəti") — theravada məktəbi tərəfindən ötürülən buddist kanonik mətnlər toplusu. Bu, Vinayapitaka və Suttapitaka ilə birlikdə kanonik Tripitaka theravada buddist mətnlərini təşkil edir.[1] Abhidhammapitaka Abhidharma ədəbiyyatının qorunub-saxlanılmış bir neçə nümunələrindən biridir. Abhidhammapitakada verilmiş bir mətn digər erkən buddist məktəbləri ilə doktrinal fərqlərə toxunur.[2]
Kitabın hər iki variantında insan psixikasının (insan tərəfindən qavranılan daxili dünya və xarici aləm) təhlil üsulları və üsulları müxtəlif əsaslarla çoxsaylı siyahılarda və təsnifatlarda təqdim edilmiş şüurun dharma hissəciklərinin axını kimi göstərilmişdir. Burada psixotəlimin qaydaları və üsulları təsvir edilmi, yaddaş, diqqət, konsentrasiya, təfəkkür; şüur hadisələri və onların keyfiyyətləri (saflıq və natəmizlik, qaranlıq və azadlıq) öyrənilmişdir.[3]