Abidin Ünal

Abidin Ünal (1953, Pınarbaşı, Kayseri ili) – türkiyəli hərbçi, köhnə Türk Hava Qüvvələri komandanı.

Abidin Ünal
türk. Abidin Ünal
Şəxsi məlumatlar
Doğum tarixi 1953
Doğum yeri
Vətəndaşlığı
Uşağı 2
Təhsili
Hərbi fəaliyyəti
Qoşun növü Türk Hava Qüvvələri
Xidmət illəri 1975–2017
Rütbə Dörd ulduzlu general
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı[redaktə | mənbəni redaktə et]

İbtidai məktəbi Qazancıq ibtidai məktəbində, orta məktəbi Pınarbaşı məktəbində və Qarabük Dəmir-Polad məktəbində tamamlamyan Ünal 1968-ci ildə qatıldığı Ankara Kimya Texniki Məktəbindən 1972-ci ildə məzun olmuş və eyni il Hava Hərb Məktəbinə girmişdir.

Hərbi karyerası[redaktə | mənbəni redaktə et]

30 avqust 1975-ci ildə Hava Hərb Mktəbindən leytenant rütbəsi ilə məzun oldu və sırasıyla II Ana Təyyarə Qərərgah Komandanlığı Uçuş Təhsil Mərkəz Komandanlığına və III Əsas Təyyarə Qərərgah Komandanlığı komandnalığına, uçuş və hərbi hazırlıq təhsilini tamamladıqdan sonra iyul 1977-ci ildə III Əsas Təyyarə Qərərgah Komandanlığı, 131-ci Eskadrilya komandanlığına təlimçi pilot olaraq təyin eidlmişdir. 1982-ci ildə qatıldığı Hava Hərb Akadmeiyasından 1984-cü ildə məzun oldu və Hava Hərb Məktəbi Kursant Alayına bölük komandanı kimi təyin edildi. 1987-ci ildə ilk F-16-ı ilə birlikdə həərkat icra zabiti və təlimçi pilot olaraq, 1989-cu ildə 142-ci Eskadrilya komandanlığına F-16 komandiri olaraq xidmət etdi. 1990-cı ildə MSB-16 Sistem İdarə Dairə Başqanlığında layihə zabiti olaraq xidmət etdi. 1991-ci ildə 162-ci Eskadrilya komandanlığı F-16 həərkat zabiti olaraq xidmət etdi. 1992-ci ildə bir il müddətlə İngiltərə Kraliyyət Hava Hərb Akademiyasına qatıldı. 1993-cü ildə 192-ci Eskadrilyta komandanlığının F-16 komandanlığı vəzifəsini qəbul etdi.

1994–2002[redaktə | mənbəni redaktə et]

1994-cü ildə Baş Qərərgah Plan və Prinsiplər Başqanlığı Silahsızlanma və Beynəlxalq Əlaqələr şpbəsində layihə zabiti olaraq çalışdı və 1995-ci ildə Vyanadakı AGİT Türkiyə Daimi Təmsilçiliyi Hərbi müşavirliyinə təyin edilid. 30 avqust 2000-ci ildə general rütbəsi aldı. 4 avqust 2003-cü ildə Hava Qüvvələri Layihə İdarəçiliyi Dairə Başqanlığına təyin eidldi. 2004-cü ildə general-leytenant rütbəsi aldı. 2006-cı ildə general təyinatları ilə Hava Hərb Məktəbi komandanlığına təyin edildi. 2008-ci ildə general-polkovnik rütbəsinə təyin edildi. 2014-cü ildə isə Ali Hərbi Şura Qərarları ilə ordu generalı rütbəsinə yüksəldildi və 7 avqust 2014-cü ildə Muharib Hava Qüvvələri və Hava Raket Müdafiə Sistemi komandanı təyin edildi.

Hava Qoşunları komandanlığı[redaktə | mənbəni redaktə et]

2015-ci ildə Ali Hərbi Şura Qərarları ilə Türk Hava Qüvvələri komandnalığı vəzifəsinə təyin edildi. Komandanlığı dövründə sərhəd pozuntusu edən rus Su-24 qırıcısı türk F-16-lar tərəfindən vuruldu.[1] 2015-ci ildə PKK hücumları artınca İraqdakı PKK düşərgələrinə hücumlar etmişdir.[2] 2016-cı ildə Türkiyə hərbi çevriliş cəhdinin yaşandığı gecə dövrün Muharib Hava Qüvvələri komandanı general-polkovnik Mehmed Şanverin qızının tounda olan Ünal və digər üst səviyyəli zabitllər çevrilişçi zabitlər tərəfindən girov götürülmüş[3] və Mürtəd Hava Qüvvələri bazasına aparılmışdırlar.[4][5] 21 avqust 2017-ci ildə komandanlıq vəzifəsini ordu generalı Həsən Kiçikağüzə təhvil vermişdir.[6]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. ""Türkiye ve Rusya arasında harita düellosu". 2020-09-29 tarixində arxivləşdirilib.
  2. Uğur Ergan. ""Güvenlik kaynakları: 23 Temmuz'dan bu yana hava operasyonlarında 410 PKK'lı öldürüldü"". 21 avqust 2015. 2018-03-08 tarixində arxivləşdirilib.
  3. "Orgeneral Abidin Ünal'ı böyle kaçırmışlar". 2020-07-01 tarixində arxivləşdirilib.
  4. "Hava Kuvvetleri Komutanı Ünal'ın savcılık ifadesi". 2020-07-02 tarixində arxivləşdirilib.
  5. "Orgeneral Abidin Ünal'ın ifadesi". 2020-07-03 tarixində arxivləşdirilib.
  6. "HAVA ORGENERAL HASAN KÜÇÜKAKYÜZ ÖZGEÇMİŞİ". 14 may 2020 tarixində arxivləşdirilib.