Abidin Dino (23 mart 1913[1], İstanbul, Osmanlı imperiyası – 7 dekabr 1993[2], Paris) — rəssam, yazıçı və siyasətçi.
Abidin Dino | |
---|---|
türk. Abidin Dino | |
Doğum tarixi | 23 mart 1913[1] |
Doğum yeri | |
Vəfat tarixi | 7 dekabr 1993[2] (80 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | xərçəng xəstəliyi |
Dəfn yeri |
|
Fəaliyyəti | rəssam, siyasətçi, jurnalist, heykəltaraş, illüstrasiyaçı[d], karikaturçu |
Təhsili | |
Vikianbarda əlaqəli mediafayllar |
Abidin Dino 1913-cü ildə İstanbulda doğulub. Uzun müddət xaricdə yaşayan Abidin paralel olaraq yazıçı və siyasətçi kimi də tanınırdı. Birinci Dünya müharibəsi başlayan zaman Avropada səyahətdə olan Abidinin ailəsi Cenevrə şəhərinə gedir. Sənətsevər bir ailənin və çevrənin içində böyüyən rəssamın sənətə olan həvəsi erkən yaşlarında başlamışdı. Ailəsi ilə bir müddət Fransada yaşadıqdan sonra 1925-ci ildə İstanbula qayıdan Dino Robert Kollecinə qəbul olur. Amma dərs oxumağa o qədər də həvəsli deyildi. Belə ki, rəsm, karikatura çəkməyə dərslərindən daha çox vaxt ayırırdı. Get-gedə oxumağı ataraq karikatura və rəsmlərinin sayını artırır və ədəbiyyatla dərindən məşğul olur. Abidinin ədəbiyyata olan marağı, rəssamlığa olan sevgisindən fərqli deyildi. "Artist" adlı dərgidə çəkdiyi ilk cizgilər, yazdığı yazıları ilə oxunduğu, tanındığı zaman hələ 18 yaşı vardı. Daha sonra Nazim Hikmətin şeir və ssenari kitablarına illüstrasiyalar çəkir. Artıq çəkdikləri ona gəlir gətirirdi. Və bir rəssam kimi kifayət qədər qəbul olunmuş, tanınmışdır. Buna baxmayaraq heç bir rəsm cərəyanına mənsub deyildi. Şair Ağabəyi Arif Dinonun müasir düşüncə tərzindən çox heyrətlənmişdi. 1933-cü ilin sentyabr günlərinin birində dostları Nurulla Berk, Camal Tollu, Zeki Faiq İzer, Elif Naci və heykəltaraş Zühtü Müritoğlu ilə birlikdə Zeki Faiq İzerin evində "D qrupu" adlı bir sənət qrupu yaratdı. O günə qədər türk təsviri incəsənəti tarixində Osmanlı Rəssamlar Cəmiyyəti, "Sənayi Nefise" Birliyi və Müstəqil Rəssamlar və Heykəltəraşlar Birliyi adı altında üç qrup fəaliyyət göstərirdi. Onların yaratdığı qrup isə latın əlifbasının 4-cü hərfinin adını daşıyırdı. Qrupun arzusu bu sənətin yayılması, camaatı qəflətdən oyatmaq, sənətin nə olduğunu, keçmişini, gələcəyini millətə başa salmaq idi. Onların istəyi böyük idi: sərgilər açılacaq, konfranslar keçiriləcək, qəzetlərdə, dərgilərdə yazılan yazılarda qış yuxusunda yatan SƏNƏT oyanacaq. Baxmayaraq ki, qrupun ortaq rəsm anlayışı yox idi. Düşüncə etibarilə Qərbdəki müasirliyin ardınca düşmüşdülər. Bu düşüncə ilə çəkdikləri rəsmlərlə bir çox sərgilər açdılar. 1933-cü ildə Sovet İttifaqının məşhur rejissorlarından olan Sergey Yutkeviç "Türkiyənin ürəyi – Ankara" adlı filmi çəkmək üçün Türkiyəyə gəldiyi zaman A. Dinonun rəsmlərini görür. Rəsmlərlə çox maraqlanan rejissor Dinonu dekorator və rəssam işləmək üçün öz yanına – Rusiyaya dəvət edir. Dino razılıq verərək Şimal ölkəsinə gedir və 3 il orda qalır. Daha sonra yəni, 1937-ci ildə Parisə yollanan rəssam müəyyən müddət orda qalıb rəsmlər çəkir və iki ildən sonra vətənə dönür. O illərdə rəssamlar İstanbulda çətin şəraitdə yaşayan insanlarla, xüsusən də çörəyi dənizdən çıxan balıqçılarla daha çox maraqlanırdı. "Yenilər" adlı, bəzən də "Liman qrupu" deyə başa düşülən Abidin Dinonun da tərkibində olduğu bir qrup 1941-ci ildə liman ətrafındakı balıqçılar barədə və onların oyanması üçün bir sərgi açdı. Həmin il Dino bəzi siyasi səbəblər üzündən əvvəl Mecitözüyə, sonra isə Adanaya sürgünə göndərildi. Sürgündə olarkən rəssam "Adanada Türk sözü" adlı qəzet çıxarır, eyni zamanda "Keçəl" adlı bir ssenari yazır. Bu dəfə çəkdiyi rəsmlərdə Çuxurobanın pambıq işçilərindən bəhs edilirdi. Bir müddət sonra İstanbula qayıdan Abidin xaricə çıxmaq qadağası götürüldükdən sonra, 1951-ci ildə Parisə gedir. Ara-sıra Türkiyəyə gələrək fərdi sərgilər keçirir. Rəssam 1993-cü ildə Parisdə dünyasını dəyişir.
Abidin Dinonun "İşgəncə" (1955), "Atom qorxusu" (1955), "Uzun yürüş" (1955), "Kosmos" (1959), "Adalar" (1964–65), "Savaş və barış" (1966), "Çıplaklar" (1976) adı altında sərgiləri keçirilib. Dino Yaşar Kamalın "Dəniz küsdü" (1978) və "İlanı öldürsələr" adlı romanlarını, İlham Bekirin "Unutdum" (1979) və Melih Cevdet Andayın "Tanış dünya" (1984) adlı şeir kitablarına rəsmlər çəkib. Eyni zamanda rəssam "Qaraçılar" (1950) adlı filmin ssenarisini yazmış və rejissorluq etdiyi "Qol" filmi 1966-cı ildə xaricdə mükafata layiq görülmüşdür.