Abil İslam (19 noyabr 1958, Alıkənd, Göyçay rayonu) — azərbaycanlı şair, jurnalist, fotoreportyor, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
Abil İslam | |
---|---|
Abil Yolçu oğlu İslamov | |
Təxəllüsü | İslam |
Doğum tarixi | |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Həyat yoldaşı | Əminə İslamova |
Uşaqları | Ramilə, Röya, Gülnaz |
Atası | Yolçu İslamov |
Anası | Şövkət İslamova |
Təhsili | |
Fəaliyyəti | şair, jurnalist |
Fəaliyyət illəri | 1970-ci ildən |
Əsərlərinin dili | Azərbaycan dili |
Janr | şeir |
Mükafatları |
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü Həsən bəy Zərdabi diplomu |
İslamov Abil Yolçu oğlu (Abil İslam) 19 noyabr 1958-ci ildə Göyçay rayonunun Alıkənd kəndində doğulub.[1] O, 4 illik ibtidai təhsilini Alıkənd kəndindəki məktəbdə alıb (1966–1970). Həmin məktəbdə 4-cü sinfi bitirdikdən sonra Mırtı kənd Qasım Həsrətov adına orta məktəbdə təhsilini davam etdirərək, 1976-cı ildə həmin məktəbin 10-cu sinfini bitirib.[2] Sonra Bakıya gələrək əmək fəaliyyətinə başlayıb. Əmək fəaliyyətini davam etdirərək Bakı Maşınqayırma Texnikumunun "Metalların kəsməklə emalı" fakültəsini bitirərək texnik ixtisasına yiyələnib. Hərbi xidmətdən sonra təhsilini davam etdirmək üçün Ukraynanın Xarkov şəhərinə gedib və təhsilini Xarkov Kommunal Tikinti Mühəndisləri İnstitutunda davam etdirib.
Abil İslam "İnşaatçı" qəzetində müxbir,[3] fotomüxbir, poeziya şöbəsinin müdiri, "Bioloji Təbabət" Klinikasında mətbuat katibi və Bakı Sənaye-Pedaqoji Kollecində "ədəbi dram dərnəyinin rəhbəri" vəzifəsində işləyib.[4]
Abil İslam Bakının Nizami rayonu "Müharibə və Əmək veteranları" təşkilatının sədr müavinidir.[5] Hazırda İctimai Xəbər Agentliyinin direktor müavinidir.
2001-ci ildə "Çıraq" Nəşriyyatı tərəfindən 204 səhifəlik "Bir bəlalı ömür olub taleyim" adlı şeirlər kitabı dərc olunub. 2005-ci ildə çıxan "Tələsmə hələ" Abil İslamın sayca ikinci kitabıdır. 2023-cü ildə çıxan "Çox sevdiyim birisi var" Abil İslamın sayca üçüncü kitabıdır.[6]
Müxtəlif bəstəkarlar tərəfindən sözlərinə 220-dən çox mahnılar bəstələnib. Mahnıları İslam Rzayev, Cavan Zeynallı, Aybəniz Haşımova, Zöhrə Abdullayeva, Əli Mirəliyev, Zümrüd Məmmədova, Nüşabə Ələsgərli kimi ifaçılar tərəfindən ifa olunub. Əksər mahnıları Azərbaycan Dövlət Radiosunun "Qızıl Fondu"nda saxlanılır.[7]
Xalq artisti Zümrüd Məmmədovanın ifasında, musiqisi bəstəkar Elşən Nicata məxsus "Tələsmə hələ" adlı mahnı tamaşaçıların ixtiyarına verildi.
İkinci Qarabağ müharibəsi şəhidlərinə həsr olunmuş, "Adın mübarək şəhid" adlı şeirinə bəstəkar Arif Səlimov tərəfindən musiqi bəstələnmiş və ifaçı Vüqar Muradov tərəfindən ifa edilmişdir.[8][9]
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |