Abraham Qreys Merritt (20 yanvar 1884[1][2][…] – 21 avqust 1943[2][3][…]) — ABŞ yazıçısı və amerikan bazar günü jurnalı redaktoru. Daha çox fantastik romanlara üstünlük vermişdir.[4]
Abraham Merritt | |
---|---|
Abraham Grace Merritt | |
Doğum tarixi | |
Doğum yeri | Beverli, Nyu-Cersi, ABŞ |
Vəfat tarixi | (59 yaşında) |
Vəfat yeri | İndian Roks Biç, Florida, ABŞ |
Vəfat səbəbi | ürək-damar xəstəliyi[d] |
Vətəndaşlığı | ABŞ |
Milliyyəti | ABŞ-lı |
Fəaliyyəti | romançı, jurnalist, yazıçı, ədəbiyyat tənqidçisi, fantastika yazıçısı[d] |
Fəaliyyət illəri | 1917-ci ildən |
Əsərlərinin dili | ingilis |
İstiqamət | fantastika |
Janr | roman |
Vikianbarda əlaqəli mediafayllar |
1884-cü ildə Nyu-Cersi ştatının Beverli şəhərində anadan olub, daha sonra ailəsi ilə 1894-cü ildə Pensilvaniyanın Filadelfiya şəhərinə köçmüşdür.[5] Əslində əvvəl hüquq təhsili almışdır, amma sonra jurnalistikaya yönəlmişdir. Əvvəl müxbir, daha sonra redaktor olmuşdur. Merritt 1912–1937-ci illərdə Morill Qoddardın redaktor köməkçisi olmuş, sonra 1937-ci ildən ölümünə qədər redaktor olmuşdur. O, redaktor kimi Vircil Finlay və Hanz Buk kimi işçiləri cəlb etmişdir.
Merritt yaradacılığı boyunca 8 roman yazmışdır.[6]
Merritt iki dəfə evlənmişdir: 1910-cu ildə Elanora Ratkliff ilə və 1930-cu ildə Elanor Conson ilə. 1943-cü ildə ürək tutmasından ölmüşdür.