Bu məqalənin giriş hissəsi yoxdur. |
Asiya və Avropa arasında olan bir yerdə sehrli "Absurdistan" kəndi yerləşir. Bu kənddə qadınların hələ ki, ən böyük problemi barmaqlarını tərpətmək istəməyən, səhər tezdən çayxanaya qaçan, təkcə gecə qadınların yatağına soxulmaqda mahir olan tənbəl kişilərdir. Amma bundan əlavə kənddə su problemi də var. İllər öncə çəkilmiş boru paslanıb və kəndə çatan yeganə su şırnağı get-gedə nazilir. Filmin baş qəhrəmanları Aya və Temelko bir-birini lap bələkdən tanıyır. Onlar birlikdə böyüyüb və bu gənclərin bir-birini sevməsinə, qovuşacağına kənddə kimsə şübhə etmir. Amma bədbəxtlikdən ulduz falını yaxşı bilən nənə onların ilk gecəsinin yalnız 4 ildən sonra- iyulun 11-də gələcəyni deyir. Bu illər ərzində kəndə gələn su şırnağı lap nazilir. İndi kənddə suyu ancaq içmək üçün istifadə edirlər. Kənd və adamlar isə kirə batıb. İşləri qəlizləşdirən məsələlərdən biri də budur ki, Aya ilə Temelko ilk gecələrində həzz və çəkisizlik hiss etmək üçün əvvəlcə bir yerdə çimməlidirlər. Su isə yoxdur. Temelko çimmək üçün bir az su tapır. Amma Aya onun bu eqoist davranışını hiddətlə qarşılayır və bütün kəndə su çəkməyini tələb edir. Bir azdan kəndin bütün qadınları "Su yoxdu – seks yoxdu!" şüarı ilə bu tələbə qoşulur. Tənbəl kişilərə başlarını qaşımaqdan başqa bir şey qalmır. Tezliklə bu münaqişə cinslərarası müharibəyə çevrilir və tikanlı məftil kəndi iki yerə – kişilər və qadınlar olan hissəyə bölür. Lakin bu tələb tamam başqa təsirlər göstərir. Tənbəl kişilər su borusunu təmir etmək əvəzinə qadınları yataqlarına çəkmək və ya heç olmasa, qadın problemini birtəhər həll etmək üçün min cür fırıldağa əl atır. Qadın paltarına bürünüb, qadınlar olan hissəyə keçən kim, çıxış yolunu telefonla seksdə görən kim, qadın tapmaq üçün şəhərə qaçmaq istəyən kim…yalnız gənc Temelko kəndə su çəkmək və sevgilisinə qovuşmaq haqda düşünür. Və buna görə borunun keçdiyi mağaraya gedir. Amma ora çox təhlükəlidir. Borunu birinci dəfə çəkəndə orada çoxlu kişi həlak olub. Elə buna görə də indi kəndin kişiləri mağaraya getmək istəmir. Amma gənc Temelko qorxmur. O, Aya üçün bu fədakarlığa hazırdır. Bir növ Şirinin sarayının yanına süd arxı çəkən, sonra da ona qovuşmaq üçün Bisutun dağını çapan Fərhad kimi.[2]
Absurdistan | |
---|---|
alm. Absurdistan | |
Janr | komediya filmi |
Baş rollarda | |
Distribütor | Netflix |
İlk baxış tarixi | 20 mart 2008[1] |
Müddət | 87 dəq. |
Ölkələr | |
Dillər | rus dili, alman dili |
Rəng | rəngli |
IMDb | ID1027658 |
1)Bavariya film mükafatları: Rejissor Vayt Helmer xüsusi mükafat almışdır. (2008)
2)Beynəlxalq fanstastik filmlər mükafatı: Rejissor Vayt Helmer mükafat almışdır. (2009)
3)Alman film mükafatı: Ən yaxşı film dizaynı (rəssamlıq) mükafatı quruluşçu rəssam Ervin Puba "Qızıl mükafat" verilmişdir. (2009)
4)Mediaveyv mükafatı: Vayt Helmer ən yaxşı bədii filmə görə Qran-pri almışdır.[3]