Abubakr Abakarov

Abubakr Abakarov (28 yanvar 1999, Xasavyurd, Dağıstan) — Azərbaycanı təmsil edən sərbəst güləşçi.

Abubakr Abakarov
Abubakr Abakarov 2021-ci il Dünya Çempionatında
Abubakr Abakarov 2021-ci il Dünya Çempionatında
Şəxsi məlumatlar
Tam adı Abubakr İslambəyoviç Abakarov
Vətəndaşlığı Rusiya Rusiya (2014)
Azərbaycan Azərbaycan (2016—)
Doğum tarixi (24 yaş)
Doğum yeri Xasavyurt, Rusiya
İdman növü Güləş
Karyera illəri 2008—
Məşqçisi Zəlimxan Hüseynov
Boyu 185 sm. (6 ft 1 in)
Çəkisi 82,5 ± 4 kq

Həyatı[redaktə | mənbəni redaktə et]

Abubakr İslambəyoviç Abakarov 1999-cu il yanvarın 28-də Rusiyanın Xasavyurt şəhərində anadan olub.[1] Milliyyətcə çeçendir. 2008-ci ildən güləşlə məşğul olur. Şəxsi məşqçisi Zəlimxan Hüseynovdur.

Karyerası[redaktə | mənbəni redaktə et]

Abubakr Abakarov 2014-cü ildə Belarusda A. Medvedin xatirəsinə həsr olunan beynəlxalq turnirdə mübarizə apardı və turniri 8-ci pillədə başa vurdu. 2016-cı ildə Azərbaycan Güləş Federasiyası (AGF) Abubakr Abakarovu Azərbaycan yığmasına dəvət elədi. Abubakr Abakarov bu dəvəti qəbul elədi və 2016-cı ildən Azərbaycan bayrağı altında beynəlxalq turnirlərdə mübarizə aparmağa başladı.

Abubakr Abakarov 2016-cı ilin iyulunda İsveçdə baş tutan yeniyetmələr arasında Avropa Çempionatının bürünc, sentyabrında Gürcüstanda baş tutan yeniyetmələr arasında Dünya Çempionatının isə qızıl medalına sahib oldu.

2017-ci ildə Abubakr Abakarov Dortmund şəhərində (Almaniya) gənclər arasında Avropa Çempionatında mübarizə aparsa da, turniri 18 idmançı sırasında 10-cu pillədə başa vurdu.

Daha sonra Abubakr Abakarov 2018-ci ildə Trnava şəhərində gənclər arasında Dünya Çempionatının gümüş medalına sahib oldu, Budapeşt şəhərində baş tutan Dünya Çempionatını isə 8-ci pillədə başa vurdu.

Abubakr Abakarov 2019-cu ilin iyununda İspaniyada baş tutan gənclər arasında Avropa Çempionatının qalibi oldu, avqustunda Estoniyada baş tutan gənclər arasında Dünya Çempionatının isə bürünc medalına sahib oldu. Beynəlxalq turnirlərində — İstanbul şəhərində Yaşar Doğu Turniri beşinci pillədə, Saxa vilayətində isə D. Korin Turnirini isə gümüş medalla başa vurdu. İlin sonunda isə Abubakr Abakarov Budapeşt şəhərində (Macarıstan) baş tutan U23 Dünya Çempionatının gümüş medalına sahib oldu.

2020-ci ildə Abubakr Abakarov İstanbul şəhərində Yaşar Doğu Turnirinin qalibi oldu, İtaliyanın Roma şəhərində baş tutan Avropa Çempionatını isə 8-ci pillədə başa vurdu.

2021-ci ildə Abubakr Abakarov yanvarda Nitsa şəhərində (Fransa) Fransa Qran-Prisinin bürünc medalla, martda Budapeşt şəhərində (Macarıstan) Avropa Olimpiya Təsnifat Turnirini beşinci pillədə, mayda isə Sofiya şəhərində (Bolqarıstan) Dünya Olimpiya Təsnifat Turnirini bürünc medalla başa vurdu. Olimpiya lisenziyasına sahib ola bilməyən Abubakr Abakarov ilin sonunda Oslo şəhərində (Norveç) baş tutan Dünya Çempionatının bürünc medalına sahib oldu.

2022-ci ilin əvvəlində Abubakr Abakarov D. Kolov — N. Petrov beynəlxalq turnirinin və U23 Avropa Çempionatının qalibi oldu. Martda isə Abubakr Abakarov Budapeşt şəhərində (Macarıstan) baş tutan Avropa Çempionatının final görüşündə məğlub oldu və turniri gümüş medalla başa vurdu. Daha sonra Roma şəhərində Matteo Pellicone Turnirinin gümüş, Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarını isə qızıl medalına sahib olan Abubakr Abakarov ilin sonunda Belqrad şəhərində (Serbiya) baş tutan Dünya Çempionatını 11-ci pillədə başa vurdu.

Abubakr Abakarov 2023-cü ilin əvvəlində uğursuz çıxış edib — Zaqreb şəhərində (Xorvatiya) Zagreb Open beynəlxalq turnirini və Sofiya şəhərində (Bolqarıstan) D. Kolov — N. Petrov beynəlxalq turnirini beşinci pillədə başa vurdu. Apreldə isə Abubakr Abakarov Zaqreb şəhərində baş tutan Avropa Çempionatının bürünc medal uğrunda görüşündə qələbə qazanaraq turnirin bürünc medalına sahib oldu.

Uğurları[redaktə | mənbəni redaktə et]

Sıra
İl
Yarış
Ev sahibi
Nəticə
1
2014
A. Medved Turniri Belarus Belarus
8.
2
2016
Yeniyetmələrin Avropa Çempionatı İsveç İsveç
3.
3
Yeniyetmələrin Dünya Çempionatı Gürcüstan Gürcüstan
1.
4
2017
Gənclərin Avropa Çempionatı Almaniya Almaniya
10.
5
2018
Gənclərin Dünya Çempionatı Slovakiya Slovakiya
2.
6
Dünya Çempionatı Macarıstan Macarıstan
8.
7
2019
Gənclərin Avropa Çempionatı İspaniya İspaniya
1.
8
Yaşar Doğu Turniri Türkiyə Türkiyə
5.
9
Gənclərin Dünya Çempionatı Estoniya Estoniya
3.
10
D. Korin Turniri Rusiya Rusiya
2.
11
U23 Dünya Çempionatı Macarıstan Macarıstan
2.
12
2020
Yaşar Doğu Turniri Türkiyə Türkiyə
1.
13
Avropa Çempionatı İtaliya İtaliya
8.
14
2021
Fransa Qran-Prisi Fransa Fransa
3.
15
Avropa Olimpiya Təsnifat Turniri Macarıstan Macarıstan
5.
16
Dünya Olimpiya Təsnifat Turniri Bolqarıstan Bolqarıstan
3.
17
Dünya Çempionatı Norveç Norveç
3.
18
2022
D. Kolov — N. Petrov Turniri Bolqarıstan Bolqarıstan
1.
19
U23 Avropa Çempionatı Bolqarıstan Bolqarıstan
1.
20
Avropa Çempionatı Macarıstan Macarıstan
2.
21
Matteo Pellicone Turniri İtaliya İtaliya
1.
22
İslam Həmrəyliyi Oyunları Türkiyə Türkiyə
2.
23
Dünya Çempionatı Serbiya Serbiya
11.
24
2023
Zagreb Open Xorvatiya Xorvatiya
5.
25
D. Kolov — N. Petrov Turniri Bolqarıstan Bolqarıstan
5.
26
Avropa Çempionatı Xorvatiya Xorvatiya
3.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. International Wrestling Database. "ABUBAKR ABAKAROV". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2023-05-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.