Abuzər Aydəmirov

Abuzər Əbdülhakimoviç Aydəmirov (29 oktyabr 193327 may 2005) — Sovet və Çeçen yazıçı və şairi, Çeçen klassiki. Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının Xalq yazıçısı (1977), Çeçenistan Yazıçılar Birliyinin sədri (2004–2005) olub.[1][2]

Abuzər Aydəmirov
Abuzər Əbdülhakimoviç Aydəmirov
Doğum tarixi 29 oktyabr 1933(1933-10-29)
Vəfat tarixi 27 may 2005(2005-05-27) (71 yaşında)
Vətəndaşlığı SSRİ SSRİ
Rusiya Rusiya
Milliyyəti çeçen
Təhsili
  • Çeçen Dövlət Pedaqoji İnstitutu[d]
Fəaliyyəti nəsr, şer
Janr şeir
Mükafatları "Qırmızı əmək bayrağı" ordeni "Xalqlar dostluğu" ordeni
Excellence in Public Education of the RSFSR
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Abuzər Aydəmirov Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının Naji-Yurt rayonunun Mesket kəndində anadan olmuşdur. İlk təhsilini kəndində almışdır. Sonradan Qroznı şəhərində oxumuşdur.

1944-cü ildə çeçenlərin və inquşların deportasiyası zamanı o, da ailəsi ilə birlikdə sürgün edilmişdir. Aydəmirov sürgün illərində kolxoz briqadasında mühasib, məktəb kitabxanaçısı və sovxozda baş mühasib müavini işləyib. Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikası bərpa edildikdən sonra vətəninə qayıdıb.[3]

Abuzər Aydəmirov 1957–1987-ci illərdə doğma kəndində çeçen dili və ədəbiyyatı müəllimi işləyib.

1963-cü ildə Çeçen-İnquş Dövlət Pedaqoji İnstitutunun Tarix və Filologiya fakültəsini bitirib. 1964-cü ildə SSRİ Yazıçılar İttifaqına qəbul edilib. 1967-1969-cu illərdə SSRİ Yazıçılar İttifaqının Ali Ədəbiyyat Kurslarında təhsil alıb. 1969–1989-cu illərdə Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikası Yazıçılar İttifaqının idarə heyətinin üzvü olub. Uzun illər müəllimlik fəaliyyətinə görə yüksək hökumət mükafatlarına layiq görülmüşdür.[3]

Abuzər Aydəmirov 30 il Nojay-Yurt rayon sovetinin deputatı olub. 1989–1993-cü illərdə, Cövhər Dudayev Çeçenistanda hakimiyyətə gəlməmişdən əvvəl RSFSR Ali Sovetinin deputatı idi. Aydəmirov 2004-cü ildə Çeçenistan Respublikası Yazıçılar İttifaqının yenidən qurulmasından sonra keçirilən ilk qurultayında yazıçılar təşkilatının sədri seçilib.[3]

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]
Qroznıda Abuzər Aydəmirov adına küçə
A.Aydəmirovun kitabları
A.Aydəmirovun xatirə muzeyi

Abuzər Aydəmirovun ilk hekayəsi 1957-ci ildə nəşr edilmişdir.

1970-ci illərdə yazılmış Aydəmirovun şeirlərinə aid mahnı sonradan Çeçenistan İçkeriya Respublikasının marşı kimi istifadə edildi.[4] Aydəmirovun özü də İçkeriya rejimi haqqında kifayət qədər tənqidi fikirdə idi.

Aidamirovun əsas yaradıcılığı XIX əsrin Qafqaz müharibələri haqqında tarixi trilogiyadır. Bu trilogiyaya "Uzun gecələr", "Dağlarda şimşəklər" və "Tufan" daxildir. Romanları ərəb, türk, fransız və digər Avropa dillərinə tərcümə edilmişdir.

Aydəmirovun ən əhəmiyyətli əsəri trilogiyanın ilk romanı - "Uzun gecələr" hesab olunur. Roman Sov.İKP rayon komitəsinin göstərişlərinə uyğun olaraq dəyişiklik etməkdən imtina etməsi səbəbindən yazıçının masasında on il yatmışdır. Roman 1972-ci ildə nəşr edildi və uzun müddət qadağa altında qaldı. Yalnız 1996-cı ildə rus dilinə tərcümə edildi, 1998-ci ildə isə ərəb dilində nəşr olundu.

  • 2006-cı ildə A.Aydəmirov Ədəbi-Xatirə Muzeyi açılıb.[5]
  • 2008-ci ildə Qroznıdakı B.Xmelnitski küçəsinin adı A.A.Aydəmirov küçəsi olaraq dəyişdirildi.[6]
  • Tolstoy-Yurt,[7], İşxoy-Yurt,[8] Jalka[9] və bir sıra digər kəndlərdə Aydəmirov küçələri var.
  • 30 oktyabr 2013-cü ildə A.A.Aydamirovun anadan olmasının 80 illiyi münasibətilə adı Çeçenistan Respublikasının Milli Kitabxanasına verilmişdır.[10]
  • 2018-ci ilin noyabr ayında "Kiril əlifbasının həyəti" mədəni-tarixi kompleksinin Yazıçılar Xiyabanına Abuzər Aydəmirovun büstü qoyulub.[11]
  • 6 cildlik seçilmiş əsərləri[5];
  • А. Айдамиров. Долгие ночи;
  • БуряArxivləşdirilib 2017-11-17 at the Wayback Machine.
  • Abuzər Aydəmirov. Seçilmiş: povestlər və nağıllar: [tərcümə]. 2009. ISBN 5918210121.
  • Abuzər Aydəmirov. Tufan. 3 (3000 nüs.). 2006 [Darç]. ISBN 598896001-4.
  1. "В Доме печати почтили память народного писателя ЧР А. Айдамирова". 2019-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-05.
  2. История Союза писателей Чеченской Республики Arxiv surəti 22 oktyabr 2014 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2014-10-22 at the Wayback Machine
  3. 1 2 3 Абузар Айдамиров. checheninfo.ru (28 августа 2013). Дата обращения: 16 ноября 2017.
  4. "Законодательство по джихаду. Часть третья — Радио Свобода". 2008-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-06.
  5. 1 2 На пути увековечения памяти А.Айдамирова Arxiv surəti 26 avqust 2014 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2014-08-26 at the Wayback Machine
  6. "Улица им. Б. Хмельницкого переименована в улицу имени Абузара Айдамирова". 2017-11-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-14.
  7. "Почтовый индекс улица Айдамирова, с. Толстой-Юрт". index.kodifikant.ru. 2019-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-16.
  8. "Улица Айдамирова на карте Ишхой-Юрта". mapbase.ru. 2019-12-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-16.
  9. "Айдамирова улица в селе Джалка на карте". mapkarta.ru. 2017-11-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-16.
  10. Национальной библиотеке ЧР присвоено имя А. Айдамирова Arxiv surəti 29 iyul 2014 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2014-07-29 at the Wayback Machine
  11. "Бюст памятник Абузар Айдамирову". 2019-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-06.
  12. «Ведомости Съезда народных депутатов СССР и Верховного Совета СССР», № 34 за 1991 год, ст. 976
  • Муса Гешаев. Знаменитые чеченцы. 4 (2000 nüs.). Мусаиздат. 2006. 92–125.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]