Abxaz-adıq dilləri[1] — Şimali Pontik və ya Şimali-qərb Qafqaz olaraq da bilinən dil ailəsi. Buraya Abxaz-abaza və Adıq (Çərkəz) dili daxildir. Adıq dilinin, Aşağı Adıqca və Kabarda çərkəz (Yuxarı Adıqca) olmaqla iki əsas dialekti tapılar. Adıqların Ubıx klanının şifahi Ubıx dialekti ise ölü dildir. Abxaz-adıq dilləri dil bilimciləri tərəfindən Hind-Avropa dilləri Avropaya yayılmamışdan öncə Şərqi Avropada danışılan dillərdən qaldığı qəbul edilir. Bu səbəbdən Abxaz-adıq dillərinin dünyada danışılan başqa heç bir dillə yaxından qohum olmayan qədim bir dil ailəsi olduğu düşünülür. Abxaz-adıq dillərində saitlər (vokalizm) yarımsistemi zəif inkişaf etmişdir. Samitlər (konsonantizm) yarımsitemi mürəkkəb və geniş inkişaf etmişdir. Bu dillərin fonoloji sistemi (2-3) sait və (80) samit fonemlərdən ibarətdir.
Dil ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |