Abxaziya bayrağı — Bəzi dövlətlər tərəfindən tanınan Abxaziya respublikasının rəsmi dövlət bayrağı.
Abxaziya bayrağı | |
---|---|
Digər versiyaları | |
Təfərrüatlar | |
İstifadə edən(lər) | Abxaziya |
İstifadəsi | Milli bayraq və dəniz bayrağı |
Qəbul edilib | 23 iyul 1992 |
Proporsiya | 1:2 |
Dizayn | Yaşıl və ağ rəngli yeddi üfüqi zolaq; kantonda qırmızı sahə üzərində yeddi beşguşəli ulduzdan ibarət yarımdairənin altında ağ açıq əl. |
Dizayner | Valeri Qamqiya |
Vikianbarda əlaqəli mediafayllar |
1991-ci ildə V. Qamqiya tərəfindən hazırlanmış bayraq dörd ədəd yaşıl və üç ədəd ağ paralel zolağın ardıcıl yerləşməsindən ibarətdir. Sol üst küncdə üç cizgi uzunluğunda qırmızı fonda dördbucaq vardır. Dördbucağın içində sağ əlin içi və əlin üstündə yarımdairə şəklində dayanan 7 ədəd 5 guşəli ulduz təsvir olunmuşdur. Bayraqdakı əl dost üçün "Xoş gəldin", düşmən üçün isə "yol yoxdur" mənasını daşıyır. Bayraqdakı 7 ulduz isə Abxaziyanın 7 tarixi bölgəsi olan Abyuva, Bzıp, GQma, Psı-Aybga, Dal-Tzabal, Sadz və Samırzakanı təmsil edir. Bu yeddi bölgə daha sonra 7 şəhərə çevrilmişdir. (Suxuma, Gudauta, Qaqra, Afon, Qal, Oçamçira və Tkuarçal) Yaşıl və ağ zolaqlar isə uyğun olaraq islamı və xristianlığı bildirir.
Açıq əl XIV əsrdə Abxaziya Krallığının simvolu olmuşdur. Üzərində bu cür əl olan bayraq Sebastopolsda istifadə olunmuşdur. Açıq əl abxazların əsas simvoludur.