Ermənistan bayrağı (erm. Եռագույն; yeraguyn, yəni "üç rəngli") — Ermənistanın rəsmi dövlət bayrağı Qırmızı, mavi və narıncı rəngli üç bərabər üfüqi zolaqdan ibarət olan bayraq 24 avqust 1990-cı ildə (yəni Azərbaycana qarşı soyqırımı etdikdən sonra) Ermənistan SSR prezidenti tərəfindən qəbul olunmuş və 15 iyun 2006-cı ildə Ermənistan milli bayraq qanunu ilə Ermənistan parlamenti tərəfindən təsdiq edilmişdi.
Ermənistan bayrağı Եռագույն | |
---|---|
Təfərrüatlar | |
Ləqəb | "üçrəngli" |
Proporsiya | 1:2 |
Dizayn | Qırmızı, mavi, narıncı rənglərdən ibarət olan üç üfüqi zolaq |
Vikianbarda əlaqəli mediafayllar |
Tarix boyunca Ermənistan millətini təmsil edən bayraqlar tez-tez dəyişmişdir. Keçmişdə Ermənistanda hakimiyyətdə olan sülalələrin hər birinin öz bayrağı olduğu üçün əksəriyyətinin üzərində fərqli heyvan işarələri olan bu bayraqlar Ermənistan millətini təmsil etmişdir. Həmçinin XX əsrdə SSRİ hakimiyyəti dövründə də tez-tez bayraq dəyişdirilmişdir.
Ermənistan bayrağında olan rənglərin mənası haqqında Ermənistan konstitusiyasında bu cür qeyd olunmuşdur:
Qırmızı Ermənistanın dağlıq torpaqlarını, ermənilərin bu torpaqdan ayrılmazlıq mübarizəsini, xristianlıq inancının hakimiyyətini və Ermənistanın qurtuluş və müstəqilliyini; mavi ermənilərin sülh içində səma altında yaşama istəyini; narıncı ermənilərin çalışqan və yaradıcı təbiətinin rəmzidir. |
Ermənistan bayrağı qırmızı, mavi və narıncı rəngli üç eyniölçülü, üfüqi zolaqdan ibarətdir. Düzbucaqlı şəklində olan bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir. Həmçinin Ermənistanı təmsil edən bayraqlar ikiyə ayrılır;
Geniş yayılmış | Bilinməyən | |
---|---|---|
Qırmızı | 255-0-0 | 216-28-63 |
Mavi | 0-0-170 | 85-117-196 |
Narıncı | 255-153-0 | 239-107-0 |