Nərəkimilər (lat. Acipenseriformes) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinə aid heyvan dəstəsi.
Nərəkimilər | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Sinifüstü: Sinif: Ranqsız: Yarımsinif: Dəstə: Nərəkimilər |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Bütün qalan şüaüzgəcli balıqlarda (Actinopterygii) olmayan bir sıra qədim əlamətləri saxlamışlar. Nərəkimilərdə onurğa skeletin əsasını elastik xorda təşkil edir, fəqərə cisimlər yoxdur. Quyruq üzgəci qeyri-bərabər pərlidir (heteroserkal), üst pər yuxarıya doğru qalxır. Quyruq üzgəcinin üst pərinin əsası qanoid pulcuqlarla örtülmüşdür. Bədəndə — qanoid pulcuqların rudimentəlri hesab edilən beş uzununa sıra romşəkilli sümük lövhələr vardır. Daxili skelet qığırdaqdan ibarət olduğu üçün nərəkimləri xüsusi qığırdaqlı qanoidlər və ya qığırdaqlı-sümüklü balıqlar qrupuna (Chondrostei) aid edirlər.Bunlar — Avropa, Şimali Asiya və Şimali Amerkanın keçici, yarımkeçici və göl-çay balıqlardır. Xəzər dənizində yalnız nərəkimilər fəsiləsinin nümayəndələri yaşayır.