Actinotia polyodon

Actinotia polyodon (lat. Actinotia polyodon) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin sovkalar fəsiləsinin actinotia cinsinə aid heyvan növü.

Actinotia polyodon
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Ranqsız:
Ranqsız:
Yarımtip:
Ranqsız:
Yarımsinif:
İnfrasinif:
Ranqsız:
Dəstəüstü:
Yarımdəstə:
İnfradəstə:
Fəsiləüstü:
Fəsilə:
Yarımfəsilə:
Növ:
Actinotia polyodon
Beynəlxalq elmi adı

Qanadları açılmış halda 25–30 mm-dir. Ön qanadları qırmızımtıl-qonur olub, qəhvəyi və qırmızımtıla çalır. Böyrəkşəkilli naxış böyükdür, bozumtul rənglə haşiyələnmişdir, ortasında ağ cizgi var. Yumuruvə pazşəkilli naxışlar görünmür. Dalğavari zolaq diş-diş olub, "w" hərifinə oxşayır. Arxa qanadı bulanıq-ağdır. Ön kənarı tünd, enli sarğı ilə əhatələnmişdir.

Şimali Avropa, Rusiya, QafqazSibirin cənubundan başlamış Yaponiyaya qədər və Türkmənistan ərazilərində yayılmışlar.Azərbaycanda Böyük Qafqazın dağətəyində rast gəlinir.

Meşə açıqlığı, çəmənlik, bağlıq, yabanı bitki biotopları. Tırtıl mərhələsində xəzəllərin altında barama içərisində qışlayır. Kəpənəyi iyun və sentyabr aylarında uçur. Tırtılı iyul və sentyabr aylarında dazı bitkisi üzərində yaşayır. 2 nəsil verir. Birinci nəsli maydan iyunun axırlarına, 2-ci nəsli isə iyulun ortalarından sentyabrın axırlarına qədər çəkir.

Azsaylıdır. Cəmi 6 kəpənəyi Qəbələ rayonunun Qəmərvan kəndindən toplanmışdır.

Məhdudlaşdırıcı amillər

[redaktə | mənbəni redaktə et]

Yaşadığı meşə ərazilərində turizm obyektlərinin tikilməsi, bununla əlaqədar olaraq ağacların qırılması, meşə örtüyünün məişət tullantıları ilə çirkləndirilməsi kəpənəyin sayına ciddi təsir göstərir. Bundan başqa yaşadiği biotopların əkin üçün istifadə olunması və həvəskar kolleksiyaçılar tərəfindən toplanması da populyasiyanı zəiflədir.

Qorunması üçün məsləhət görülən tədbirlər

[redaktə | mənbəni redaktə et]

Yaşayış yerlərində yasaqlıq təşkil etmək.