Adelina Adalis

Adelina Adalis (əsl adı: Adelina Yefimovna Yefron; rus. Адели́на Ефи́мовна Ефро́н; 13 (26) iyul 1900, Sankt-Peterburq13 avqust 1969, Moskva) — Rusiya-sovet şairi.

Adelina Adalis
Doğum tarixi 13 (26) iyul 1900
Doğum yeri
Vəfat tarixi 13 avqust 1969(1969-08-13) (69 yaşında)
Vəfat yeri
Fəaliyyəti şair, tərcüməçi, yazıçı, bioqraf
Əsərlərinin dili rus dili
Mükafatları "Şərəf nişanı" ordeni “Əmək igidliyinə görə” medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Adelina Yefimovna Yefron 26 iyul 1900-cü ildə Rusiya imperiyasına bağlı Sankt-Peterburq şəhərində anadan olmuşdur. "Qardaşlıq" (1937), "Şərq ümmanı" (1949), "Yeni əsr" (1960), "Şəhərlər" (1962), "Yanvar–sentyabr" (1970 ildə nəşr olunmuşdur) və s. şeir kitablarının müəllifidir. Klassik və müasir Azərbaycan şairlərinin əsərlərini, o cümlədən Səməd Vurğunun "Azərbaycan" və başqa şeirlərini, "Bəsti", "Muğan" poemalarını, "Vaqif" dramını ruscaya tərcümə etmiş, "Azərbaycan poeziyası antologiyası"nın (1939) hazırlanmasında fəal çalışmışdır. Azərbaycan ədəbiyyatı haqqında məqalələri, Azərbaycana həsr olunmuş əsərləri var. 13 avqust 1969-cu ildə SSRİ-nin paytaxtı Moskva şəhərində vəfat etmişdir.[1]

  1. Адалис // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 116.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]