Adi gəlincik (lat. Mustela nivalis) — gəlincik cinsinə aid heyvan növü. Gəlincik dələkimilər fəsiləsinin ən kiçik nümayəndəsidir. Gəlincik yırtıcıdır. Bədəninin uzunluğu 21-26 sm, quyruğunun uzunluğu 2-5 sm, çəkisi isə 70-105 qramdır. Bədəni azca uzunsovdur. Sıx və qısa xəzə malikdir. Tükü yayda sarımtıl-boz, qışda isə boz rəngdə olur. Döş və qarın tükləri ağ rəngdədir. Başı kiçik, üzü nisbətən enlidir.
Adi gəlincik | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Sinifüstü: Klad: Klad: Sinif: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Yarımsinif: Klad: İnfrasinif: Maqndəstə: Dəstəüstü: Klad: Qranddəstə: Mirdəstə: Klad: Klad: Klad: Dəstə: Yarımdəstə: İnfradəstə: Fəsiləüstü: Fəsilə: Yarımfəsilə: Cins: ???: Adi gəlincik |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Azərbaycanın hər yerində bu heyvana təsadüf olunur. Dağətəyi meşəlik və kolluqlarda sayca daha çoxdur. Düzənliklərdə də çox yayılmışdır. Əsasən daşlıq yerlərdə yaşayır.