Adilə Namazova

Ədilə Namazova (bəzi mənbələrdə:Adilə Namazova, tam adı: Ədilə Əvəz qızı Namazova; 9 sentyabr 1926, Seyidli16 dekabr 2020[2][3], Bakı) — Azərbaycan pediatrı, kardioloq. Tibb elmləri doktoru (1965), professor (1966), SSRİ Tibb EA-nın müxbir üzvü (1971), Əməkdar elm xadimi (1981), Azərbaycan EA-nın həqiqi üzvü (1983), Rusiya Federasiyası Tibb EA-nın həqiqi üzvü (1993), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1982).

Adilə Namazova
Namazova Ədilə Əvəz qızı
Doğum tarixi
Doğum yeri Seyidli, Ağdam rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (94 yaşında)
Vəfat yeri Bakı Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Elm sahəsi pediatriya[1]
Elmi dərəcəsi tibb elmləri doktoru
Elmi adı professor
İş yerləri Azərbaycan Tibb Universiteti, 1-ci Uşaq xəstəlikləri kafedrasının müdiri
Təhsili
Tanınmış yetirmələri 72-fəlsəfə doktoru
12-elmlər doktoru
Tanınır Uşaq xəstəliklərinin öyrənilməsi;
Üzvlüyü
Mükafatları "Azərbaycan SSR əməkdar elm xadimi" fəxri adı — 1981Azərbaycan SSR Dövlət mükafatı — 1982
"Şərəf" ordeni — 2011 "Şöhrət" ordeni — 1996 "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı

Həyatı[redaktə | mənbəni redaktə et]

Ədilə Namazova 1926-cı ildə Ağdam rayonunun Seyidli kəndində anadan olmuşdur. Orta təhsilini Ağdamda almış, 1949-cu ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir. Əmək fəaliyyətinə Ağdam rayon mərkəzi xəstəxanasında başlamışdır.

1965-ci ildən Azərbaycan Dövlət Tibb İnstitutunun klinik pediatriya kafedrasının müdiridir. 1965-ci ildə tibb elmləri doktoru dərəcəsi almışdır. 1971-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvü seçilmişdir. Hazırda Rusiya Federasiyası Tibb Elmləri Akademiyasının üzvüdür.

1982-ci ildə Azərbaycan SSR Dövlət Mükafatına layiq görülmüşdür. AMEA-nın həqiqi üzvüdür. 1976-cı ildən Azərbaycan Pediatrlar Cəmiyyətinin sədridir.

Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının rəyasət heyətinin üzvü, Türkdilli Ölkələrin Pediatrlar Cəmiyyətinin vitse-prezidentidir. SSRİ Ali Sovetinin deputatı olmuşdur.

Adilə Namazovanın tədqiqatları uşaqlarda revmatizmin fəal dövründə ürəyin funksional vəziyyətinin, ürək arakəsmələrinin anadangəlmə qüsurlarının xüsusiyyətlərinin öyrənilməsi olmuşdur. O, ürək üzərində cərrahi əməliyyata — korreksiyaya göstəriş və əks-göstərişi müəyyənləşdirmiş, ilk dəfə olaraq ürəkdə aparılmış cərrahi əməliyyatların yaxın və uzaq dövrlərdə nəticələrini qiymətləndirmişdir.

Azərbaycanın ilk qadın pediatr alimi sayılır. 300 elmi əsərin, 8 monoqrafiya və dərsliyin, 5 ixtiranın müəllifidir.

SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvü olmuşdur.

Mükafatları[redaktə | mənbəni redaktə et]

Tədqiqat sahələri[redaktə | mənbəni redaktə et]

  • Uşaq xəstəliklərinin öyrənilməsilarda revmatizmin fəal dövründə ürəyin funksional vəziyyətinin öyrənilməsi;
  • Uşaqlarda ürək arakəsmələrinin anadangəlmə qüsurlarının xüsusiyyətlərini öyrənilməsi, ürək üzərində cərrahi əməliyyata-korreksiyaya göstəriş və əks göstəriş müəyyənləşdirilməsi;
  • İlk dəfə olaraq ürəkdə aparılmış cərrahi əməliyyatların yaxın və uzaq dövrlərdə (20 il) nəticələrinin qiymətləndirilməsi;
  • Hipertoniya və hipotoniya xəstəlikləri uşaq və yeniyetmə yaşlarından başlayaraq insanın həyatı boyu bu və ya digər kəskinlikdə davam etdiyinin dünyada ilk dəfə olaraq sübut edilməsi;
  • İlk dəfə olaraq hipertoniya və hipotoniya xəstəliklərinin uşaqlarda və yeniyetmələrdə təsnifatı.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Orxan Zakiroğlu (Baharlı). Ağdam şəhər 1 nömrəli orta məktəbin tarixi (1883–1993). I kitab. Bakı, 2016

İstinadlar[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]