Adil Babayev (filoloq)

Adil Babayev (tam adı: Adil Məhəmməd oğlu Babayev; d. 28 aprel 1938[1], Naxçıvan MSSR, Ordubad rayonu, Dırnıs) — Filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin, Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyasının[2], AMEA Orfoqrafiya Komissiyasının üzvü.

Adil Babayev
Professor Adil Babayev
Professor Adil Babayev
Doğum tarixi (85 yaş)
Doğum yeri Naxçıvan MSSR, Ordubad rayonu, Dırnıs
Vətəndaşlığı
Milliyyəti azərbaycanlı
Elmi dərəcəsi Filologiya elmləri doktoru
Elmi adı professor
Təhsili

Həyatı[redaktə | mənbəni redaktə et]

Adil Babayev 28 aprel 1938-ci ildə Naxçıvan MSSR-nin Ordubad rayonunun Dırnıs kəndində anadan olmuşdur.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Elmi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

1962-ci ildə ADU-nun Filologiya fakütəsini fərqlənmə diplomu ilə bitirmişdir. Elə həmin ildən bu günə kimi Azərbaycan Dillər Universitetində işləyir.

1969-cu ildə namizədlik, 1996-cı ildə filologiya üzrə namizədlik və doktorluq dissertasiyası müdafiə etmişdir.

Dilçilik, ədəbiyyatşünaslıq, jurnalistlik, habelə bədii yaradıcılıqla məşğul olur. O, Dilçilik və ədəbiyyatşünaslıq sahəsində məhsuldar çalışır. İndiyədək onun 20 kitabı, 24 proqramı, 200-ə qədər müxtəlif xarakterli məqaləsi çap olunmuşdur. Ali məktəblər üzrə 4 dərsliyin alternativsiz müəllifidir.

12 nəfər elmlər namizədinin elmi rəhbəri, 3 nəfər elmlər doktorunun məsləhətçisi, 40 nəfərin opponenti olmuşdur.

Bədii yaradıcılığı[redaktə | mənbəni redaktə et]

Onun "O qızı hər gün görürsən" pyesi televiziyada dəfələrlə göstərilmişdir.

Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsindən bəhs edən "Koroğlunun Çənlibelə qayıdışı" pyesi Naxçıvan Dövlət Musiqili Dram Teatrında 2008-ci ildən bəri fasiləsiz göstərilir.

Yazdığı "Sarı Gəlin" pyesi 1989-cu ildən Azərbaycan televiziyasında göstərilir. İndi Naxçıvanda tamaşaya qoyulmuşdur.

"Apardı sellər Saranı" müəllifin son pyesidir. Bu pyesi 1918-ci ildə Naxçıvanın Andranik qoşunlarının qırğınından xilas etməsinə həsr edilmişdir.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

  • Babayev Adil Məhəmməd oğlunun dərc olunmuş əsərlərinin siyahısı ilə tanış olmaq üçün bax: Adil Babayev/Biblioqrafiya

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. ADİL BABAYEV (1938) Arxivləşdirilib 2018-02-12 at the Wayback Machine azerbaycanedebiyati.com  (türk.)
  2. Professor Adil Babayev: Dil millətin ən böyük sərvətidir Arxivləşdirilib 2018-09-20 at the Wayback Machine. tehsil-press.az, 08.01.2018  (az.)