Adil Məhərrəmov

Adil Məmmədəli oğlu Məhərrəmov (1 fevral 1952, Ağdam rayonu) — 2008–2021-ci illərdə Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müavini.

Adil Məhərrəmov
Adil Məmmədəli oğlu Məhərrəmov
26 dekabr 2008 – 12 mart 2021
ƏvvəlkiAbbas Allahverdiyev
SonrakıNəsir Sadıqov
7 dekabr 2001 – 25 dekabr 2008
bayraq
Azərbaycan Respublikasının İqtisadi inkişaf nazirinin müşaviri
bayraq2
30 aprel 2001 – 6 dekabr 2001
bayraq
Azərbaycan Respublikasının Dövlət əmlakı nazirinin müşaviri
bayraq2
2000 – 2001
Şəxsi məlumatlar
Doğum tarixi 1 fevral 1952(1952-02-01) (72 yaş)
Doğum yeri
Təhsili Azərbaycan Texniki Universiteti (1973)
Fəaliyyəti Məmur[d]
Atası Məmmədəli Məhərrəmov
Anası Şəfiqə Məhərrəmova[d]

Təltifləri "Tərəqqi" medalı — 2011 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2016
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Adil Məhərrəmov 1952-ci il fevral ayının 1-də Ağdam rayonunda anadan olmuşdur. 1973-cü ildə Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunu bitirmişdir.

1973–1983-cü illərdə SSRİ Elektronika Sənayesi Nazirliyinin "Azon" zavodunda mühəndis-konstruktor, sahə rəisi, sex rəisinin müavini, sex rəisi işləmişdir.

1983–1986-cı illərdə SSRİ Neft Sənayesi Nazirliyinin Dmitrov adına maşınqayırma zavodunda baş mühəndis vəzifəsində çalışmışdır.

1986–2000-ci illərdə SSRİ Rabitə Vasitələri Sənayesi Nazirliynin (sonradan SSRİ Rabitə Nazirliyi, Azərbaycan Respublikası Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsi) "Ulduz" Elm-İstehsalat Birliyinin baş direktor müavini, baş direktoru işləmişdir.

2000–2001-ci illərdə Azərbaycan Respublikası Dövlət əmlakı nazirinin müşaviri olmuşdur.

2001-ci ilin aprel-dekabr aylarında Azərbaycan Respublikası İqtisadi inkişaf nazirinin müşaviri vəzifəsində çalışmışdır.

2001-ci ilin dekabr ayında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan Respublikası Hesablama Palatasının auditoru təyin edilmişdir.

2008-ci ilin dekabr ayında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Hesablama Palatası sədrinin müavini təyin edilmişdir.[1]

Hesablama Palatasının yaradılmasının 10 illiyi ilə əlaqədar və Palatanın fəaliyyətində xüsusi xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 31 oktyabr tarixli 1809 nömrəli Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilmişdir.[2]

Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə 2015-ci ilin dekabr ayında yenidən Hesablama Palatası sədrinin müavini təyin edilmişdir.[3]

Hesablama Palatasının yaradılmasının 15 illiyi ilə əlaqədar və Palatanın fəaliyyətində xüsusi xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 2486 nömrəli Sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.[4]

Ailəlidir. İki övladı var.

Anası Şəfiqə Məhərrəmova və atası Məmmədəli Məhərrəmov müəllim olmuşlar.

1999–2018-ci illərdə Bakı Dövlət Universitetinin rektoru olmuş akademik Abel Məhərrəmovun qardaşıdır.

  1. "Azərbaycan Respublikası Hesablama Palatasının sədr müavininin və auditorlarının təyin edilməsi haqqında". 2021-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-26.
  2. "Azərbaycan Respublikası Hesablama Palatasının əməkdaşlarının təltif edilməsi haqqında". 2021-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-26.
  3. "Azərbaycan Respublikası Hesablama Palatasının sədr müavininin və auditorlarının təyin edilməsi haqqında". 2021-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-26.
  4. "Azərbaycan Respublikası Hesablama Palatasının əməkdaşlarının təltif edilməsi haqqında". 2021-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-26.